Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf a

Hərbi blokada

Vikipediya, azad ensiklopediya

Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər:

  • dövlətlər;
  • şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər;
  • böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr;
  • iqtisadi rayonlar;
  • adalar;
  • boğazlar, körfəzlər;
  • hərbi-dəniz bazaları, limanlar.

Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır.

Həmçinin bax

Üst