Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Füzuli rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfat

Qurban Namazəliyev

Vikipediya, azad ensiklopediya
Qurban Namazəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 17 noyabr 1947(1947-11-17)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qarakənd faciəsi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Qurban Hüseyn oğlu Namazəliyev (17 noyabr 1947, Horadiz, Füzuli rayonu – 20 noyabr 1991, Xocavənd rayonu) — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini (1991), Qarakənd faciəsinin şəhidi.

Həyatı

Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1954–1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi və baş mühəndis vəzifəsində çalışmağa başlamışdır. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdir. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdir. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdir.

1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru və digər şəxslərlə bərabər Qurban Namazalıyev də şəhid olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Ailəsi

Qurban Namazalıyev Xurşud xanımla ailə qurmuşdur. Ruslan adlı oğlu, Leyla və Nigar adlı qızları vardır.

Üst