Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəm

Hallavar çayı

Vikipediya, azad ensiklopediya
Hallavar çayı
Xəritə
Ölkə
  •  Ermənistan
Keçdiyi ərazilər Loru mərzi
Mənsəbi Pəmbək çayı
Uzunluğu 18
Su hövzəsi Pəmbək—>Tona—>Anaxatır—>Kür—>Xəzər
Hövzəsinin sahəsi 126

Hallavar çayı (erm. Լեռնապատ գետի (Lernapat qeti)) — Ermənistanda, hazırkı Loru vilayətinin (erm. Լոռու մարզ (Lorru marz)) əsasən Hacı Qara və Hallavar kənd cəmiyyətləri ərazisində çay. Pəmbək çayının sağ qoludur. Ən böyük qolu (sol sahildə çaya tökülür) Qaraçoban çayıdır.

Mənsəbindən sol qolu Qaraçoban çayı ilə birləşdiyi məntəqəyədək Hallavar çayının sahilində Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri, Qaraçoban çayı birləşdikdən sonra isə Pəmbək çayına az qalmış Hacı Qara kəndi yerləşir.

  • 1988-ci ildə azərbaycanlıların qovulması:
  • 1988-ci ilədək Mollaqışlaq, Aşağı Kilsə, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndləri monoetnik azərbaycanlı kəndləri idi. 1988-ci ilin dekabr ayında Mollaqışlaq kəndindən 200 nəfərdən çox, Aşağı Kilsə kəndindən 120 nəfər, Yuxarı Kilsə kəndindən 575 nəfər, Hallavar kəndindən 2.760 nəfərdən çox və Heydərli kəndindən 1.240 nəfər etnik azərbaycanlı zorla qovulmuşdur. Azərbaycanlıların çıxarılmasından sonra Heydərli və Hallavar kəndlərinə az sayda ermənilər yerləşsələr də sonradan onlar Heydərlini də tərk etmiş və yalnız az sayda Hallavar kəndində qalmışdır. 1990-cı illərin əvvəllərində xaraba qalmış Aşağı Kilsə kəndi ləğv edilmiş və ərazisi Mollaqışlaq kəndinə verilmişdir.
  • 1 yanvar 2011-ci il tarixinə olan rəsmi məlumatlara əsasən:
  • Hacı Qara kənd cəmiyyəti (erm. Լեռնապատ գյուղական համայնքի (Lerrnapat qyuğakan hamaynki)) Hacı Qara kəndini əhatə edir. Cəmiyyətin ərazisi 36.18 km², əhalisi isə 1.222 nəfəri kişilər və 1.057 nəfəri qadınlar olmaqla toplam 2.279 nəfərdir. Monoetnik milli təkibi olan cəmiyyətin əhalisini ermənilər təşkil edir.
  • Hallavar kənd cəmiyyəti (erm. Հալավար գյուղական համայնքի (Halavar qyuğakan hamaynki)) Mollaqışlaq, Yuxarı Kilsə, Hallavar və Heydərli kəndlərini əhatə edir. 10-19 oktyabr 2001-ci il Ümumermənistan əhali siyahıyaalınması zamanı Heydərli, Mollaqışlaq və Yuxarı Kilsə kəndlərində de-fakto və de-yuri əhali yaşamırdı. Cəmiyyətin ərazisi 34.3 km², əhalisi isə 85 nəfəri kişilər və 75 nəfəri isə qadınlar olmaqla toplam 160 nəfərdir. Bütün əhali Hallavar kəndində yaşayır, digər kəndlər əhali barındırmır. Monoetnik milli tərkibi olan cəmiyyətin əhalisini (Hallavar kəndi əhalisini) ermənilər təşkil edir.
Üst