Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli koma

Adem Lyaiç

  • Ana Səhifə
  • Adem Lyaiç

Adem Lyaiç (serb. Adem Ljajić; 29 sentyabr 1991) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Serbiya futbolçusu. "Beşiktaş" klubu və Serbiya milli komandasında çıxış edir.

Adem Lyaiç
serb. Adem Ljajić
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1991(1991-09-29) (34 yaş)
Vətəndaşlığı
  •  Serbiya
Boyu 1.82
Çəkisi 74 kq
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Beşiktaş
Nömrəsi 22
Karyerası
Gənclik karyerası
Yoşanitsa
2005—2008 Partizan
Klub karyerası
2008–2010 Partizan 38 (9)
2010–2013 Fiorentina 78 (15)
2013–2016 Roma 61 (14)
2015–2016 → İnter Milan (icarə) 25 (3)
2016–2019 Torino 61 (16)
2018–2019 → Beşiktaş (icarə) 27 (9)
2019– Beşiktaş 46 (7)
Milli yığma
2007–2008 Serbiya U-17 9 (1)
2008–2010 Serbiya U-19 13 (6)
2008–2010 Serbiya U-21 11 (1)
2010– Serbiya 47 (9)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lyaiç karyerasına "Yoşanitsa" klubunda başlamışdır. Daha sonra "Partizan"a transfer olmuşdur və klubla həm Serbiya Superliqasında, həm də Çempionlar Liqasında debüt etmişdir. 2010-cu ilin yanvar ayında onun İngiltərənin "Mançester Yunayted" klubuna keçəcəyi barədə xəbərlər yayılsa da, klub 2009-cu ilin dekabr ayında ondan imtina etdi. 2010-cu ilin yanvar ayında "Fiorentina" 8 milyon avro transfer məbləği ödəyərək oyunçunu heyətinə qatdı. Florensiyada keçirdiyi üç ildən sonra Lyaiç 4 illik müqavilə imzalayaraq 11 milyon avro qarşılığında "Roma" ya keçid etdi. 2016-cı ilin iyul ayında o, "Torino"ya transfer olundu.

Lyaiç milli komanda forması ilə ilk oyununa 2010-cu ildə çıxmışdır. 2012-ci ildən 2014-cü ilədək Serbiya himnini oxumağı imtina etdiyi üçün komandanın baş məşqçisi Sinişa Mixayloviç tərəfindən millidən kənarlaşdırılmışdır. Ölkəsini 2018 FİFA Dünya Kubokunda təmsil etmişdir.

Mündəricat

Career statistics

Club

17 May 2021 tarixində yenilənib
Klub Mövsüm Liqa Kubok Qitə Cəmi
Diviziya Oyun sayısı Qol sayısı Oyun sayısı Qol sayısı Oyun sayısı Qol sayısı Oyun sayısı Qol sayısı
Partizan 2008–09 Serbiya Superliqası 24 5 5 1 4 0 33 6
2009–10 14 4 2 0 8 2 24 6
Cəmi 38 9 7 1 12 2 57 12
Fiorentina 2009–10 Seriya A 9 0 1 0 0 0 10 0
2010–11 26 3 2 0 0 0 28 3
2011–12 15 1 3 0 0 0 18 1
2012–13 28 11 3 1 0 0 31 12
2013–14 0 0 0 0 1 0 1 0
Cəmi 78 15 9 1 1 0 88 16
Roma 2013–14 Seriya A 28 6 4 0 1 0 33 6
2014–15 32 8 2 0 7 1 41 9
2015–16 1 0 0 0 0 0 1 0
Cəmi 61 14 6 0 8 1 75 15
İnter Milan (loan) 2015–16 Seriya A 25 3 3 1 0 0 28 4
Torino 2016–17 33 10 3 2 0 0 36 12
2017–18 27 6 1 0 0 0 28 6
2018–19 1 0 0 0 0 0 1 0
Cəmi 61 16 4 2 0 0 65 18
Beşiktaş 2018–19 Süper Lig 27 9 0 0 5 0 32 9
2019–20 24 5 1 0 4 2 29 7
2020–21 22 2 1 0 1 0 24 2
Cəmi 73 16 2 0 10 2 85 18
Karyerası boyu cəmi 336 73 31 5 31 5 398 83

International

11 October 2020 tarixində yenilənib
Serbiya
İl Oyun sayı Qol sayı
2010 1 0
2011 5 0
2012 1 0
2013 0 0
2014 2 0
2015 8 3
2016 3 0
2017 5 2
2018 10 3
2019 10 1
2020 2 0
Cəmi 47 9

Milli komanda qolları

"Hesabda dəyişiklik" və "Hesab" sütünlarında ilk Serbiya millisinin vurduğu qol göstərilib.
Sayı Tarix Stadion Rəqib Hesabda

dəyişiklik

Hesab Yarış
1 7 iyun 2015 NV Arena, Sankt-Pölten, Avstriya  Azərbaycan 2–1 4–1 Yoldaşlıq
2 4 sentyabr 2015 Karageorgi stadionu, Novi Sad, Serbiya  Ermənistan 2–0 2–0 UEFA Avro 2016 seçmə mərhələsi
3 8 oktyabr 2015 Elbasan Arena, Elbasan, Albania  Albaniya 2–0 2–0
4 10 noyabr 2017 Tyanhe stadionu, Quançjou, Çin  ÇXR 1–0 2–0 Yoldaşlıq
5 14 noyabr 2017 Ulsan Munsu, Ulsan, Cənubi Koreya  Cənubi Koreya 1–0 1–1
6 9 iyun 2018 Liebenauer stadionu, Qrats, Avstriya  Boliviya 2–0 5–1
7 17 noyabr 2018 Rayko Mitiç stadionu, Belqrad, Serbiya  Monteneqro 1–0 2–1 2018–19 UEFA Millətlər Liqası C
8 20 noyabr 2018 Partizan stadionu, Belqrad, Serbiya  Litva 4–1 4–1
9 10 iyun 2019 Red Star Stadium, Belqrad, Serbiya 4–1 4–1 UEFA Avro 2020 seçmə mərhələsi

Şəxsi həyatı

Lyaiç milliyətcə boşnakdır və müsəlmandır.

Mükafatları

Klub

Partizan

  • Serbiya SuperLiqası: 2008–09
  • Serbiya Kuboku: 2008–09

Beşiktaş

  • Super Liqa (Türkiyə): 2020–21
  • Türkiyə Kuboku: 2020–21
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Nasosnı aviabazası

  • Mart 28, 2026

    Nəriman Həsənzadə

  • Mart 27, 2026

    Bakı metrosu

  • Mart 26, 2026

    Ağdaş rayonu

  • Mart 30, 2026

    Azərbaycan holdinqlərinin siyahısı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst