Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kələbədin — Azərbaycan Respublikasının Ağcabədi rayonunun, Kələbədin kənd inzibati ərazi dairəsində kənd, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi–Bərdə ş

Kələbədin kəndi

Vikipediya, azad ensiklopediya
Kələbədin kəndi
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 1.265 nəf. (2007)

Kələbədin — Azərbaycan Respublikasının Ağcabədi rayonunun, Kələbədin kənd inzibati ərazi dairəsində kənd, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi–Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir.

Əhalisi

Əhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olur.

Toponimikası

Kəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.

Həmçinin bax

  • Hindarx
  • Kürdlər
Üst