Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Musabəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Musabəyli (Füzuli)

39°28′22″ şm. e. 47°10′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Musabəyli
39°28′22″ şm. e. 47°10′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Musabəyli xəritədə
Musabəyli
Musabəyli

Musabəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı obasından Şıx Musa İsmayıl oğlu (1841--?), Şıx İsa İsmayıl oğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd oğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd oğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd oğlu (1858--?), Rza Kərbəlayı Əhməd oğlu (1870--?), Qaracallı obasından Məmməd Gülməmməd oğlu (1836--?), Zeynal Gülməmməd oğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd oğlu (1854--?), Hüseyn Gülməmməd oğlu (1856--?), Abbas Yusif oğlu 1816--?), Məmməd Yusif oğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa İsmayıl oğlunun şərəfinə Musabəyli adlandı.

17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

  • Musabəyli oyk., diiz.
  • Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır,
  • Düzənlikdədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasmı Musabəy adlı şəxs qoyduğu üçün kənd onun adı ilə adlandırılmışdır.

Əhalisi

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

Üst