Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ədhəm Qulubəyov (atalığının soyadı: Qulubəyov; 12 iyun 1918, Bakı – 1990-cı illər, Bakı) — Azərbaycan aktyoru, Vətən müharibəsi əlili, əmək veteranı.

Ədhəm Qulubəyov

Vikipediya, azad ensiklopediya
Ədhəm Qulubəyov
Doğum tarixi 12 iyun 1918(1918-06-12)
Doğum yeri
Vəfat tarixi 1990-cı illər
Vəfat yeri
  • Bakı
Fəaliyyəti ssenarist, aktyor
Fəaliyyət illəri 1955-ci ildən
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Əmək veteranı" medalı
IMDb ID1189992

Ədhəm Qulubəyov (atalığının soyadı: Qulubəyov; 12 iyun 1918, Bakı – 1990-cı illər, Bakı) — Azərbaycan aktyoru, Vətən müharibəsi əlili, əmək veteranı.

Həyatı

Moskvada ali təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Bir neçə bədii və sənədli filmlərin müəllifidir.

Ailəsi

İki övladı var: Əlibəy və Eldar.

Əbdülxalıq Axundov Təbrizə köçərkən həyat yoldaşı onunla getməkdən imtina edərək azyaşlı oğlu Ədhəm ilə Bakıda qalıb və Qulubəyova ərə gedib. Qulubəyov repressiya zamanı sürgün olunub və bir müddət keçdikdən sonra vəfat edib.

Ssenari müəllifi olduğu filimlər

  • Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
  • Azərbaycan atları (film, 1953)
  • S. M. Kirov adına körfəzdə (film, 1954)
  • Görüş (film, 1955)
  • Keçmişin şahidləri (film, 1956)
  • Təbiətin dostları (film, 1958)
  • Azərbaycan kino sənəti (film, 1960)
  • Pambıq tarlalarının mexanizatorları (film, 1960)
  • Ağıllı köməkçilər (film, 1960)
  • Möhtəşəm tikintinin adamları (film, 1962)
  • Dağlarda zavod (film, 1962)
  • Azərbaycanın subtropiklərində (film, 1963)
  • Sabahın xeyir, Bakı! (film, 1964)
  • Fitnə (film, 1970)
  • Azərbaycan kino sənəti (film, 1971)
  • Ustalar-qızıl əllər (film, 1976)
  • Astara (film, 1975)
  • Cücələrim (film, 1975)
  • Göyçək Fatma (film, 1973)
  • Zaman haqqında, özüm haqqında (film, 1972)
  • Qız qalası əfsanəsi (film, 1978)
  • Şah və xidmətçi (film, 1976)
  • Xeyir və Şər (film, 1980)
  • De ki, məni sevirsən! (film, 1977)
  • Dərviş Parisi partladır (film, 1976)
Üst