Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğ

Miçiqan gölü

  • Ana Səhifə
  • Miçiqan gölü

Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir.

Miçiqan
ing. lake Michigan
Miçiqan gölünün kosmosdan çəkilmiş şəkli
Miçiqan gölünün kosmosdan çəkilmiş şəkli
Ümumi məlumatlar
Mütləq hündürlüyü 177 m
Eni 190 km
Uzunluğu
  • 494 km
Sahil uzunluğu 2636 km
Sahəsi 57750 km²
Həcmi 4918 km³
Dərin yeri 281 m
Yerləşməsi
43°41′32″ şm. e. 87°04′35″ q. u.HGYO
Ölkə  ABŞ
Yerləşməsi ABŞ
Miçiqan xəritədə
Miçiqan
Miçiqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu.

Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır. Sahillərində Çikaqo, Evanston və Hayland-Park (İllinoys), Qrin-Bey (Viskonsin), Qeri və Hemmond (İndiana) yerləşir.

Etimologiyası və tarixi

Miçiqan gölü adını Miçiqan ştatından deyil tam tərsi ştat adını bu göldən alır. Göl öz adını mishigami sözündən götürmüşdür, Ociba dilində «böyük su» mənasını kəsb edir. Gölü ilk görən avropalı 1634-cü ildə fransız Jan Nikole olmuşdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    Böyük Çin

  • Mart 27, 2026

    Morze əlifbası

  • Aprel 05, 2026

    Qonaqkənd (Quba)

  • Mart 26, 2026

    Azərbaycan

  • Aprel 05, 2026

    Yunus surəsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst