Əflatun Əhməd oğlu Amaşov (26 aprel 1957, Faxralı, Bolnisi rayonu) — jurnalist və publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının Sədri (2003–2022), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, "RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri. "Xalq qəzeti"nin baş redaktoru.
| Əflatun Amaşov | |
|---|---|
| |
"Xalq qəzeti"nin baş redaktoru | |
Vəzifədədir | |
| 23 sentaybr 2022-ci ildən | |
| Əvvəlki | Həsən Həsənov |
| 15 mart 2003 – 24 sentyabr 2022 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Rəşad Məcid |
| 1 noyabr 2015 – 10 mart 2020 | |
| Seçki dairəsi | 62 saylı Saatlı |
| Əvvəlki | Cəlal Əliyev |
| Sonrakı | Əziz Ələkbərli |
| 1992 – 1994 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 aprel 1957 (68 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | jurnalist, siyasətçi |
| Dini | İslam |
| | |
| Təltifləri | |
Həyatı
Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
1976–1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib.
1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
Fəaliyyəti

Jurnalistika fəaliyyəti
1985–1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
İctimai-siyasi fəaliyyəti
1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olmuş, 1995–1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutmuşdur.
1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
Ailəlidir, bir övladı var.
Mükafatları
"Əməkdar jurnalist" fəxri adı — 22.07.2010
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015
"Şöhrət" ordeni — 25.04.2017
"Fəxri mədəniyyət işçisi" döş nişanı — 25.04.2017 (Mədəniyyət və Turizm Nazirliyi tərəfindən)
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Üzvlükləri
- Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
