| Həbib Rzayev | |
|---|---|
| 1975 – 1980 | |
| Əvvəlki | Rəşid Həsənov |
| Sonrakı | Ələddin Sultanov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 dekabr 1923 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 12 avqust 1997 (73 yaşında) |
| Vəfat yeri |
|
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru.
Həyatı
Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır.
Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir.
Fəaliyyəti
Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır.
Mükafatları
Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur.
- 26 dekabrda doğulanlar
- 1923-cü ildə doğulanlar
- Nehrəmdə doğulanlar
- 12 avqustda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Böyük Vətən müharibəsi iştirakçıları
- Naxçıvan MSSR prokurorları
- Şərur rayonunun prokurorları
- Kürdəmir rayonunun prokurorları