Dmanisi, Başkeçid — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Dmanisi bələdiyyəsinin inzibati mərkəzi. 1947-ci ilə qədər adı Başkeçid olmuş, həmin ildən isə adı gürcüləşdirilərək Dmanisi adlandırılmışdır. Ölkə paytaxtı Tiflis şəhərindən 102 km uzaqlıqda yerləşir.
| Dmanisi | |
|---|---|
| დმანისი | |
| |
| 41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.171 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 360 |
| Poçt indeksi | 1700 |
| Digər | |
| dmanisi.gov.ge | |
![]() Dmanisi | |
Əhalisi
1 yanvar 2012-ci ilə olan rəsmi təxminə əsasən şəhərdə 3.8 min nəfər əhali yaşayır.
| 15.1.1959 sa. | 15.1.1970 sa. | 17.1.1979 sa. | 12.1.1989 sa. | 17.1.2002 sa. | 1.1.2010 r.t. |
|---|---|---|---|---|---|
| 4 778 | 4 076 | 4 530 | 8 650 | 3 427 | 3 441 |
Milli tərkibi
1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Başkeçid kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 529 nəfər əhali yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Başkeçid şəhərində 3.427 nəfər əhali yaşayır, onların 82 %-ni gürcülər, 12 %-ni azərbaycanlılar, 3 %-ni ruslar, 2 %-ni ermənilər, 1 %-ni isə urumlar təşkil edir.
Təhsil
Hazırda şəhərdə üç ictimai orta məktəb fəaliyyət göstərir. Onlardan biri rusdillidir.

