Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi (2022-ci ildən).

Xalid Əhədov

  • Ana Səhifə
  • Xalid Əhədov

Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi (2022-ci ildən).

Xalid Əhədov
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Vəzifədədir
17 noyabr 2022-ci ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
28 avqust 2018 – 17 noyabr 2022
Vitse-prezidentMehriban Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1980(1980-02-04) (46 yaş)
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
IE Business School
London School of Economics and Political Science
Fəaliyyəti iqtisadçı

Mündəricat

Həyatı

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

İngilis, rus, ispan və türk dillərini bilir.

İctimai-siyasi fəaliyyəti

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Ailəsi

Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olmuşdur.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    Sahibə Qafarova

  • Mart 26, 2026

    Fars

  • Mart 27, 2026

    Fazil Mustafa

  • Aprel 03, 2026

    Qalust Gülbənkiyan

  • Mart 26, 2026

    Volqa çayı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst