Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sabiq sədri, Azərbaycan Milli Məclis

Pənah Hüseynov

  • Ana Səhifə
  • Pənah Hüseynov

Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sabiq sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993).

Pənah Hüseyn
Azərbaycan Xalq Partiyasının sədri
8 oktyabr 2012 – 14 dekabr 2025
ƏvvəlkiQiyas Sadıqov
4 aprel 1999 – 2003
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıQiyas Sadıqov
Azərbaycan Respublikasının Milli Məclisinin III çağırış deputatı
2005 – 2010
Seçki dairəsi2005 — 63 saylı Sabirabad birinci
Azərbaycan Respublikasının 3-cü baş naziri
28 aprel, 1993 – 30 iyun, 1993
ƏvvəlkiƏli Məsimov
SonrakıSurət Hüseynov
Azərbaycan Respublikasının 3-cü Dövlət katibi
20 may 1992 – 28 aprel 1993
ƏvvəlkiMidhət Abasov
SonrakıƏli Kərimov
Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri
Yanvar 1992 – 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1957(1957-10-28) (68 yaş)
Doğum yeri
  • Sabirabad, Azərbaycan SSR
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi (–1995),
  • Azərbaycan Xalq Partiyası[d] (1995)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, tarixçi
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Siyasi fəaliyyəti

1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.

Partiya fəaliyyəti

Pənah Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olmuş, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında partiya sədri seçilmişdir. 2003-cü ildə həbs edildikdən sonra partiya sədri vəzifəsini Qiyas Sadıqov icra etməyə başlamışdır. O, 2005-ci ilin may ayında Azərbaycan Xalq Partiyası Siyasi Şurasından və rəhbər orqanlarından istefa vermiş və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam etmişdir.

Pənah Hüseyn 8 oktyabr 2012-ci il tarixli Azərbaycan Xalq Partiyası II Qurultayında partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 97 qurultay iştirakçısının 59-nun iştirakı ilə keçirilən 25 iyul 2015-ci il tarixli Azərbaycan Xalq Partiyası III Qurultayında 59 səs alaraq partiyanın sədri seçilmişdir.

Pənah Hüseyn 11 dekabr 2022-ci il tarixli Azərbaycan Xalq Partiyası V Qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.

2025-ci ilin dekabrında Azərbaycan Xalq Partiyasının VII növbədənkənar qurultayında istefasını qəbul olunub.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 29, 2026

    Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı

  • Aprel 08, 2026

    Dərbənd qəzası

  • Aprel 09, 2026

    Sarı dəniz

  • Mart 27, 2026

    Şir

  • Mart 28, 2026

    Flaminqo

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst