Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Sumqayıt) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021 — h.h), Azərkosmos ASC-nin sədri (2011–2021).

Rəşad Nəbiyev

  • Ana Səhifə
  • Rəşad Nəbiyev

Rəşad Nəbi oğlu Nəbiyev (26 avqust 1977, Sumqayıt) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri (2021 — h.h), Azərkosmos ASC-nin sədri (2011–2021).

Rəşad Nəbiyev
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri
Vəzifədədir
11 oktyabr 2021-ci ildən
  1. i. e. 14–16 fevral 2024
Prezidentİlham Əliyev
ƏvvəlkiVəzifə təsis edildi
Özü (Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri kimi)
Azərbaycan Cüdo Federasiyasının prezidenti
Vəzifədədir
1 noyabr 2021-ci ildən
ƏvvəlkiRövnəq Abdullayev
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
26 yanvar 2021 – 11 oktyabr 2021
Prezidentİlham Əliyev
ƏvvəlkiRamin Quluzadə
SonrakıVəzifə ləğv edildi
Özü (Rəqəmsal inkişaf və nəqliyyat naziri kimi)
"Azərkosmos" ASC sədri
24 yanvar 2011 – 26 yanvar 2021
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1977(1977-08-26) (48 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Şərqi Karolina Universiteti[d] (2000–2002),
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1994–2000)
Fəaliyyəti iqtisadçı

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Karyerası

Azərbaycan Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır.

2002–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışmışdır.

2004–2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2011–2021-ci illərdə Azərkosmos ASC-nin sədri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin edilmişdir.

Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti və Beynəlxalq Cüdo Federasiyasının nəzdində yaradılmış Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri və Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvüdür.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Təhsil

1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili almış, 2000–2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Təltiflər

Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2014-cü il tarixli Sərəncamı ilə informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli müvafiq Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

2024-cü ilin yekunlarına əsasən Rəşad Nəbiyev Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi seçilib

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Türkiyə şəhərləri

  • Aprel 11, 2026

    Gündüz Kərimov

  • Mart 27, 2026

    Salatın Əsgərova

  • Mart 31, 2026

    Xanlar Vəliyev

  • Aprel 08, 2026

    Çöl pişiyi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst