Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahin Soltan oğlu Bağırov (12 yanvar 1965, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2023-cü ildən), gömrük xidməti general-polkovniki (2

Şahin Bağırov

  • Ana Səhifə
  • Şahin Bağırov

Şahin Soltan oğlu Bağırov (12 yanvar 1965, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2023-cü ildən), gömrük xidməti general-polkovniki (2026), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.

Şahin Bağırov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vəzifədədir
14 fevral 2023-cü ildən
  1. i. e. 18 iyul 2022 – 14 fevral 2023, 14–16 fevral 2024
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiSəfər Mehdiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
18 iyul 2022 – 14 fevral 2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
16 yanvar 2014 – 6 iyul 2018
SədrAydın Əliyev
Səfər Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1965(1965-01-12) (61 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Voronej Dövlət Universiteti[d] (–1986),
  • Rusiya Gömrük Akademiyası[d] (–2003)
Fəaliyyəti siyasətçi
Rütbəsi
Gömrük xidməti general-polkovniki
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20162016 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20102010 "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı

Həyatı

Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Voronej Dövlət Universitetinin[rus.] İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının[rus.] Gömrük işinin təşkili fakültəsini bitirmişdir. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnmişdir.

Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır. 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur.

Şahin Bağırov 16 yanvar 2014-cü ildən 6 iyul 2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır. 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilmişdir.

Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

28 yanvar 2005-ci ildə ona gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də gömrük xidməti general-leytenantı, 29 yanvar 2026-cı ildə isə gömrük xidməti general-polkovniki ali xüsusi rütbələri verilmişdir.

Ailəlidir, iki övladı var.

Təltifləri

  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 11 yanvar 2025
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 30 yanvar 2016
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 24 yanvar 2012
  • "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 26 yanvar 2010
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 28, 2026

    Yeddi gözəl (balet)

  • Mart 28, 2026

    Dilarə Əliyeva (aktrisa)

  • Aprel 03, 2026

    Hüseynqulu Sarabski

  • Aprel 15, 2026

    Mərcan rifi

  • Aprel 03, 2026

    Rumın dili

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst