Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri.

Əsgəran rayonu

  • Ana Səhifə
  • Əsgəran rayonu

Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri.

Əsgəran rayonu

39°56′12″ şm. e. 46°49′58″ ş. u.HGYO


Ölkə Azərbaycan Azərbaycan SSR
İnzibati mərkəz Əsgəran
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Ləğv edilib 26 noyabr 1991
Saat qurşağı
  • UTC+04:00
  • UTC+05:00
Əsgəran rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan SSR Ali Sovetinin 15.05.1978-ci il tarixli Fərmanına ilə Stepanakert (Xankəndi) şəhəri, Kərkicahan kəndi daxil olmaqla "respublika tabeli şəhər" statusu aldığı nəzərə alınaraq, mərkəzi Əsgəran qəsəbəsi olmaqla keçmiş Stepanakert rayonunun digər yaşayış məntəqələrinin ərazisində Əsgəran rayonu təşkil edilib.

1990-cı ildə Qərbi Azərbaycandan (Ermənistan ərazisindən) qovulan Azərbaycanlıların, habelə SSRİ-nin digər ərzilərindən Azərbaycana pənah gətirmiş ağıska türklərinin Əsgəran rayonunun Xocalı qəsəbəsində yerləşdirilməsi ilə Azərbaycan SSR KPMK ikinci katibi Viktor Polyaniçkonun təşəbbüsü ilə "Xocalı qəsəbəsi", adı dəyişdirilərək, "Xocalı şəhəri" adlandırılmışdır. Bununla da Əsgəran rayonunun mərkəzinin dəyişdirilməsi üçün hüquqi və iqtisadi əsaslar yaradılmışdır.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununun 3-cü və 4-cü hissələri ilə qərara alınıb: "3.  Əsgəran və Hadrut rayonları ləğv edilsin. 4.    Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin".

Keçmiş Əsgəran rayonunun əraziləri 1992-1993-cü illərdə rus-erməni birləşmələri tərəfindən işğal olunduqdan sonra, 2023-cü ilə qədər qondarma rejim tərəfindən bu torpaqlar "Əsgəran rayonu" adı altında idarə olunub. Həmin 1992-2023-cü illər ərzində "Əsgəran rayonu" ərazisində az sayda binalar (əsasən kilsələr) tikilib və Azərbaycan ərazilərindən çıxarılan dövlət arxivləri, əsasən bu ərazidə saxlanılıb.

Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Zakir Həsənov

  • Mart 29, 2026

    Azərbaycan şəhərləri

  • Aprel 02, 2026

    Təbii qaz

  • Mart 28, 2026

    Qurban Qurbanov

  • Aprel 09, 2026

    Ev pişiyi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst