Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sə

Tahir Kərimli

  • Ana Səhifə
  • Tahir Kərimli

Tahir Zayıdağa oğlu Kərimli (5 mart 1956, Ağsu) — Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), Vəhdət Partiyasının qurucusu və sədri (1998-2025).

Tahir Kərimli
Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı
Vəzifədədir
2015-ci ildən
Seçki dairəsi2015 — 87 saylı Ağsu-İsmayıllı
2020 — 87 saylı Ağsu-İsmayıllı
ƏvvəlkiƏrəstun Cavadov
Vəhdət Partiyasının sədri (1998-2025)
Vəzifədədir
1998-ci ildən
ƏvvəlkiHacı Cəbrayıl Əlizadə
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
2 iyul 1992 – 29 iyul 1993
ƏvvəlkiHüseyn Talıbov
SonrakıXanlar Hacıyev
Şəxsi məlumatlar
Doğum adı Tahir Zayıdağa oğlu Kərimli
Doğum tarixi 5 mart 1956(1956-03-05) (70 yaş)
Doğum yeri
  • Ağsu, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (–1990),
  • Azərbaycan Xalq Cəbhəsi,
  • Vəhdət Partiyası (1998)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirmişdir.

Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləmişdir.

Evlidir, dörd övladı vardır.

İctimai-siyasi fəaliyyəti

Tahir Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işləmiş (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olmuşdur.

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir.

1998-ci ildən 2025-ci ilin iyun ayına qədər Vəhdət Partiyasının sədri olub. Azərbaycan Xalq Cəbhəsinin 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir.

Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatıdır.

Şəxsi həyatı

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 20, 2026

    Lək dili

  • Aprel 05, 2026

    Oktyabr inqilabı

  • Aprel 07, 2026

    Ebru Gündeş

  • Aprel 14, 2026

    Dünya ədəbiyyatı

  • Aprel 05, 2026

    Məmmədrəfi Məmmədov

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst