Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (200

Yavər Camalov

  • Ana Səhifə
  • Yavər Camalov

Yavər Talıb oğlu Camalov (17 oktyabr 1949, Çöl Beşdəli, Sabirabad rayonu – 23 iyun 2018, İsrail) — Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018).

Yavər Camalov
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
18 mart 2006 – 23 iyun 2018
Əvvəlkivəzifə təsis edilib
SonrakıMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1949(1949-10-17)
Doğum yeri
  • Çöl Beşdəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 iyun 2018(2018-06-23) (68 yaşında)
Vəfat yeri
  • İsrail
Dəfn yeri
  • Şüvəlan
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972-ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada vəfat edib. Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Ailəli olmuşdur, 3 övladı var. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qardaşıdır.

İctimai-siyasi fəaliyyəti

Yavər Camalov 2003–2006-cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Təltifləri

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Rəşad Tağıyev

  • Mart 26, 2026

    Dubay

  • Mart 26, 2026

    Qalay

  • Aprel 09, 2026

    I Kserks

  • Aprel 22, 2026

    Göy (rəng)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst