Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Camalov Mərdan Talıb oğlu (27 may 1956, Çöl Beşdəli, Sabirabad rayonu) — Zərdab Rayon İcra Hakimiyyətinin başçısı (2019-cu ildən).

Mərdan Camalov

  • Ana Səhifə
  • Mərdan Camalov

Camalov Mərdan Talıb oğlu (27 may 1956, Çöl Beşdəli, Sabirabad rayonu) — Zərdab Rayon İcra Hakimiyyətinin başçısı (2019-cu ildən).

Mərdan Camalov
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2019-cu ildən
ƏvvəlkiLütvəli Babayev
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı
18 aprel 2005 – 12 noyabr 2019
ƏvvəlkiSədaqət Qəhrəmanova
Sonrakıİlqar Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 27 may 1956(1956-05-27) (69 yaş)
Doğum yeri
  • Çöl Beşdəli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Azərbaycan Dövlət İqtisad Universiteti

Təltifləri "Şöhrət" ordeni — 20162016 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

Həyatı

27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir.

M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Siyasi fəaliyyəti

2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

1997-ci ildən YAP-ın üzvüdür.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Çar Rusiyası

  • Aprel 04, 2026

    Muddəssir surəsi

  • Mart 28, 2026

    Herakl

  • Aprel 06, 2026

    Timur Vaynşteyn

  • Aprel 04, 2026

    BƏƏ dirhəmi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst