Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Vologez (parf 𐭅𐭋𐭂𐭔; Valaqaş; 25 – 78) — eramızdan əvvəl 51–78-ci illərdə hakimiyyətdə olmuş Parfiya çarı. Parfiya çarı II Vononun yunan konkubinasından olan o

I Vologez

  • Ana Səhifə
  • I Vologez

I Vologez (parf 𐭅𐭋𐭂𐭔; Valaqaş; 25 – 78) — eramızdan əvvəl 51–78-ci illərdə hakimiyyətdə olmuş Parfiya çarı. Parfiya çarı II Vononun yunan konkubinasından olan oğlu idi və atasının ölümündən sonra, 51-ci ildə taxta çıxmışdır. Atropat Midiyasının hakimiyyətini qardaşı II Pakora verdikdən sonra o, digər qardaşı I Trdat üçün Ermənistanı işğal etmişdir. Bu, Roma ilə Parfiya arasında uzun illər müharibələrə səbəb olmuş (54–63) və Roma sərkərdəsi Korbulonun Ermənistanı fəth etməsi ilə nəticələnmişdir.

I Vologez
Parfiya çarı
51 – 78
ƏvvəlkiII Vonon
SonrakıII Pakor
Şəxsi məlumatlar
Doğum tarixi 25(0025)
Vəfat tarixi 78(0078) (52–53 yaşında)
Fəaliyyəti monarx
Atası II Vonon
Uşaqları
  • II Vardan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vologezin gücü daki və sak tayfalarının hücumu, hirkanlıların üsyanı və oğlu II Vardanın taxta olan iddiaları ilə zəifləmişdir. İosif Flavi qeyd edir ki, onu şərq tayfalarının işğalından Adiabena vassal kralı xilas etmişdir. Trdatın Ermənistan çarı kimi tanınmasından sonra sülh bərpa olunmuş, lakin razılaşmaya görə, Trdat Romanın vassal kralı olmalı idi. O, imperator Neronun dövründə Romaya getmiş və ondan kral diademini təntənəli şəkildə almışdır. Həmin andan etibarən arşakunilər sülaləsi Ermənistanın yeni hakim sülaləsi olmuşdur.

Mündəricat

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 15, 2026

    İsa Muğanna

  • Aprel 07, 2026

    İbrahim peyğəmbər

  • Aprel 06, 2026

    Düzənlik (coğrafiya)

  • Aprel 14, 2026

    Azərbaycan teatrı

  • Mart 26, 2026

    Qori müəllimlər seminariyası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst