| Tahir Tağızadə | |
|---|---|
Vəzifədədir | |
| 23 iyul 2021 | |
| Əvvəlki | Vilayət Quliyev |
| 9 iyul 2014 – 26 iyul 2021 | |
| Əvvəlki | Fəxrəddin Qurbanov |
| Sonrakı | Elin Süleymanov |
| 22 fevral 2007 – 9 iyul 2014 | |
| Sonrakı | Elin Süleymanov |
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri | |
| 2006 – 2007 | |
| Nazir | Elmar Məmmədyarov |
| Əvvəlki | Mətin Mirzə |
| Sonrakı | Xəzər İbrahim |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 11 avqust 1967 (58 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat |
| | |
| Təltifləri | |
Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri.
Həyatı
Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib.
Diplomat karyerası
1990–95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib. 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub. 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, əvvəlcə 2-ci, sonra isə 1-ci katib və müşavir vəzifəsinə təyin edilib. Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.
2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2014-cü il iyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2021-ci il iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Təltifləri
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni;
“Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni;
Çexiyanın “Karel Kramarj” medalı;
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı;
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı.
Şəxsi həyatı
Evlidir, iki övladı var.
İngilis, rus, çex və slovak dillərini bilir.
- 11 avqustda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Nijni Novqorodda doğulanlar
- Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan diplomatları
- Azərbaycanın Birləşmiş Krallıqdakı səfirləri
- Azərbaycanın Çexiyadakı səfirləri
- Azərbaycanın Macarıstandakı səfirləri
- Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbərləri