| Azər Kərimli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyul 1964 (61 yaş) |
| Doğum yeri |
|
| Partiya | |
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Azər Kərimli (6 iyul 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V, VI, VII çağırış deputatı.
Həyatı
Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir.
Ailəlidir. 2 övladı var. Rus və ingilis dillərini bilir.
Siyasi fəaliyyəti
2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 60 saylı Qax seçki dairəsindən II çağırış, 15 oktyabr 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırışa isə 112 saylı Qaxseçki dairəsindən deputat seçilmişdir.
O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəridir. Azərbaycan Respublikasının Milli Məclisi ilə Avstriya, İngiltərə, Çexiya və Ukrayna parlamentləri arasında işçi qruplarının, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, Avropa İttifaqı — Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvüdür. GUAM Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəridir.
Təltifləri
- İtaliyanın "Cavaler" (cavaliere) ordeni,
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı,
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
- 6 iyulda doğulanlar
- 1964-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Milli Məclisinin III çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Azərbaycan Milli Məclisinin VII çağırış deputatları