Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxil

Vilayət Eyvazov

  • Ana Səhifə
  • Vilayət Eyvazov

Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019).

Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
Vəzifədədir
20 iyun 2019-cu ildən
  1. i. e. 14–16 fevral 2024
ƏvvəlkiRamil Usubov
Azərbaycan Atıcılıq Federasiyasının prezidenti
Vəzifədədir
15 dekabr 2021-ci ildən
ƏvvəlkiVaqif Axundov
Azərbaycanın Hərbi Komendantı
27 sentyabr 2020 – 12 dekabr 2020
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
11 mart 2016 – 20 iyun 2019
NazirRamil Usubov
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıSeyfulla Əzimov
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
14 aprel 2005 – 11 mart 2016
NazirRamil Usubov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi
2002 – 2005
ƏvvəlkiMədət Quliyev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini
2001 – 2002
RəisMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1968(1968-06-28) (57 yaş)
Doğum yeri
  • Əbrəqunis, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası
Fəaliyyəti dövlət qulluqçusu
Rütbəsi
General-polkovnik

Təltifləri "Zəfər" ordeni — 20202020 "Azərbaycan Bayrağı" ordeni — 20022002 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20142014 "İgidliyə görə" medalı — 20082008 "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Təltifləri

  • "Azərbaycan Bayrağı" ordeni (2002)
  • "İgidliyə görə" medalı (2008)
  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2014)
  • 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2018)
  • "Zəfər" ordeni (2020)

Həmçinin bax

  • Daxili İşlər Nazirliyi (Azərbaycan)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Türkiyə bayrağı

  • Mart 26, 2026

    Sumqayıt

  • Mart 26, 2026

    Qurban Səid

  • Mart 26, 2026

    Polad Bülbüloğlu

  • Mart 26, 2026

    Azərbaycan Memarlıq və İnşaat Universiteti

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst