Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977)

Hilal Əsədov

Vikipediya, azad ensiklopediya
Hilal Əsədov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
2 iyul 1971 2 dekabr 1977
ƏvvəlkiMikayıl Allahverdiyev
SonrakıAbdulla Qədirov
Azərbaycan SSR naziri
30 mart 1963 30 sentyabr 1963
Şəxsi məlumatlar
Doğum tarixi 1908(1908) (117–118 yaş)
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1945–)
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika elmləri namizədi

Təltifləri Azərbaycan SSR əməkdar mühəndisi — 1982

Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977)

Həyatı

Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.

1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.

Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur. O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Üst