Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini f

Eldar Əzizov

Vikipediya, azad ensiklopediya
Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
15 noyabr 2018-ciildən
ƏvvəlkiHacıbala Abutalıbov
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
16 iyul 2018 15 noyabr 2018
BaşçıHacıbala Abutalıbov
ƏvvəlkiRauf Pənahov
mart 2000 iyun 2000
BaşçıRafael Allahverdiyev
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
2 sentyabr 2015 16 iyul 2018
ƏvvəlkiAsif Əsgərov
SonrakıVüqar Zeynalov
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
18 fevral 2011 2 sentyabr 2015
ƏvvəlkiVaqif Əliyev
SonrakıZakir Fərəcov
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
8 aprel 2003 18 fevral 2011
ƏvvəlkiEyvaz Babayev
SonrakıElmar Vəliyev
Nizami Rayon İcra Hakimiyyətinin başçısı
28 iyun 2000 8 aprel 2003
ƏvvəlkiEldar Əzimov
SonrakıAbdin Fərzəliyev
Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini
199? 199?
SədrMahmud Məmmədov
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
1990 199?
Seçki dairəsi58 nömrəli Zərdabi adına
SonrakıVəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1957(1957-06-28) (68 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası,
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Təhsili
  • Bakı şəhəri 6 nömrəli tam orta məktəb,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Dini İslam
Təltifləri "Şərəf nişanı" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Həyatı

Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

Əmək fəaliyyəti

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir.

Eldar Əzizov, sadəcə Azərbaycan Jurnalistlər Birliyinin üzvü deyil, həm də Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.

Ailəsi

Əksər mənbələrdə Eldar Əziz Mehmandarovlar nəslinin davamçısı kimi qeyd olunur

  • Anasın anasının atası Kərim bəy Mehmandarov
  • Anasının atası Şamil Mahmudbəyov
    • Anasının atasının atası Həbib bəy Mahmudbəyov
  • Kürəkəni Anar Tağıyev
  • Oğlu Şamil Əzizov — Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi.

Mükafatları

  • SSRİ "Şərəf Nişanı" ordeni (1985)
  • Azərbaycan 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (22.06.2017)
Üst