| Məhrəli xan | |
|---|---|
| Məhrəli xan Sarıcalı-Cavanşir | |
II Qarabağ xanı | |
| 1759 – 1760 | |
| Əvvəlki | Pənahəli xan |
| Sonrakı | İbrahimxəlil xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Sarıcalı, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
| Vəfat tarixi | |
| Vəfat yeri | Şamaxı, Şirvan xanlığı |
| Milliyyəti | Azərbaycan türkü |
| Fəaliyyəti | hərbi lider[d] |
| Atası | Pənahəli xan |
| Uşağı | Məhəmməd bəy Sarıcalı-Cavanşir |
| Dini | Şiə İslam |
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.
Həyatı
Mehrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedərkən onu öz yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.
Hakimiyyəti
İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mehrəli xanla mübarizəyə başladı. Mehrəli xanı güclü Cavanşir, Otuziki və Kəbirli elləri dəstəkləyirdi. İbrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli ellərinə arxalanırdı.
Mehrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. İbrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk etdi.
Hakimiyyətdən sonra
Mehrəli xan devriləndən sonra yenidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mehrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mehrəli bəyin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yerinə yetirilməmiş qaldı."
Ölümü
Mehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.
Ailəsi
Xanımı: Əziz xanım
Oğulları:
- Məhəmmədqulu bəy (1762–1797)
- Əlihümbət bəy
- Əsədulla bəy
- Xankişi bəy
Qızları:
- Xanxanım ağa
- 1735-ci ildə doğulanlar
- 1785-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Səfəvilər imperiyasında doğulanlar
- Şamaxıda vəfat edənlər
- Azərbaycan hökmdarları
- Cavanşirlər
- Sərkərdələr
- Qarabağ xanlığı
- XVIII əsr tarixi