Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Ağvan

Ağvanlar hamamı

41°12′01″ şm. e. 47°11′22″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağvanlar hamamı
Hamamın ümumi görüntüsü
Hamamın ümumi görüntüsü
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Ağvanlar küçəsi, 1
Aidiyyəti Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Vəziyyəti bərpa olunub
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriya(ii)(v)
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4995
KateqoriyaHamam
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
41°12′01″ şm. e. 47°11′22″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağvanlar hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Hamam Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur.

Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Ağvanlar hamamı da Ümumdünya İrsinə daxildir.

Həmçinin bax

  • Yeraltı hamam
Üst