Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şri-Lanka adası (sanskr. श्री लङ्का) — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir.

Şri-Lanka adası

  • Ana Səhifə
  • Şri-Lanka adası

Şri-Lanka adası (sanskr. श्री लङ्का) — Hind okeanında yerləşən ada. Nəhəng adada eyni adlı Şri-Lanka dövləti yerləşir.

Şri-Lanka
sanskr. श्री लङ्का
Ümumi məlumatlar
Sahəsi 65610 km²
Hündür nöqtəsi 2524 m
Əhalisi 20.277.597 nəfər (2012-ci il)
Yerləşməsi
7°37′00″ şm. e. 80°46′00″ ş. u.HGYO
Ölkə  Şri-Lanka
Akvatoriya
  • Hind okeanı
Şri-Lanka xəritədə
Şri-Lanka
Şri-Lanka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 65 610 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 2524 metr olan Pidurutalaqala dağıdır.

Qərbdən Hindustan yarımadasından Polk boğazı, Polk və Manar körfəzləri ilə ayrılır. Ada vaxtı ilə mövcud olmuş Adəm körpüsü adlı bərzəx mövcud olmuşdur. 1481-ci ildə güclü zəlzələ zamanı bərzəx tamamən dağılmışdır. Ada şimal və şərq sahillərini Benqal körfəzinin suları ilə yuyulur.

Ada 1972-ci ilə qədər rəsmi olaraq Seylon (sanskr. सिंहल द्वीप «Sinxala dvipa», Sinhal adası) adlandırılırdı.

Mündəricat

Çayları

Adanın ən uzun çayı Maxaveli-Qanqadır. Çay adanın daxili ilə şimal-şərqə axaraq Benqal körfəzinə tökülür. Digər iri çayları: Kelani, Kalu, Arivu-Aru.

Körfəzləri

Adanın ərazisində yerləşən körfəzlərin böyük qismi adanın şimal-şərq və şərq sahillərində yerləşir. Hansıkı ən irisi Cafna laqunudur. Laqun Cafna yarımadası ilə Benqal körfəzindən ayrılır. Putttalamdan Pottuvil şəhərinə qədər olan körfəzlər: Puttalam laqunu, Duti körfəzi, Portuqal körfəzi, Polk bişuxtası, Cafna laqunu, Kokkilay, Koddiayar, Periya-Kalapua, Karay-Kalapu, Tandiadi-Kalapu, Komari-Kalapu.

Yarımada və adaları

Adanın ən iri yarımadası şimalda yerləşən Cafna yarımadasıdır

Şri-Lanka afasının sahillərində çoxlu sayda kiçik adalar vardır: Analaytivu, Karaytivu, Velanay, Eluvaytivu, Mandaytivu, Paletivu, Erumaytivu, Kakkativu, Manar, Pulyantivu, Kalliaditivu.

Əhalisi

Adanın 1981-ci ilə olan etnik xəritəsi

Adanın əhalisi 20 277 597 nəfər təşkil edir. (2012).

Sinhallar ada əhalisinin 74,88 %, tamillər — 11,2 % təşkil edir. Tamillər əsasən adanın şimal və şərq rayionlarında yayılmışdır. Mavrlar isə cəmi 9,2 %, avropalılarla yerlilərin qarışığından olan byuqerlər 0,3 %, veddlər isə 0,3% olmaqla 1 000 nəfər sakinə malikdirlər 70,19 % əhali buddistdir, 12,61 % — induizm (tamillər), 9,71 % — islam, 7,45 — xristian dininə etiqad edir.

82 % xristian katolik, yerdə qalanı Anqlikan kilsəsi və protestant məzhəbindədirlər.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 09, 2026

    Bərdə (şəhər)

  • Aprel 09, 2026

    Əhəmənilər dövləti

  • Aprel 29, 2026

    Sulfat turşusu

  • Aprel 04, 2026

    Ordu generalı

  • Aprel 02, 2026

    Abşeron rayonu

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst