| Mirkazım Kazımov | |
|---|---|
| 2000 – 2019 | |
| Seçki dairəsi | 2000 — 97 saylı Cəlilabad qəsəbə 2005, 2010, 2015 — 68 saylı Cəlilabad qəsəbə |
| Əvvəlki | vəzifə təsis edildi. (97 saylı) vəzifə təsis edildi. (68 saylı) |
| Sonrakı | vəzifə ləğv edildi. (97 saylı) Elman Nəsirov (68 saylı) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 oktyabr 1950 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 17 iyun 2024 (73 yaşında) |
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Mirkazım Kazımov (10 oktyabr 1950, Astraxanbazar rayonu – 17 iyun 2024) — Azərbaycan Respublikasının Milli Məclisi II, III, IV və V çağırış deputatı, "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.
Həyatı
1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir.
1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Mirkazım Kazımov uzun sürən xəstəlik nəticəsində 17 iyun 2024-cü ildə ölmüşdür. O, Cəlilabad rayonu Hasıllı kəndində dəfn olunmuşdur.
Evli idi, 2 övladı var
Siyasi fəaliyyəti
1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub
- 10 oktyabrda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Cəlilabad rayonunda doğulanlar
- 17 iyunda vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Cəlilabad rayonunda dəfn olunanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin II çağırış deputatları
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri