Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsi

Çoxbölümlü biberşteyniya

Vikipediya, azad ensiklopediya
Çoxbölümlü biberşteyniya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Biberşteyniyakimilər
Cins:
Biberşteyniya
Növ:
Çoxbölümlü biberşteyniya
Beynəlxalq elmi adı
  • Biebersteinia multifida DC., 1824

Çoxbölümlü biberşteyniya (lat. Biebersteinia multifida) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin biberşteyniyakimilər fəsiləsinin biberşteyniya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Xovlu, tükcüklü, gövdəvari vəzli, çoxillik bitkidir. Gövdəsi düzdür, mühkəmdir, vəzilidir, yuxarı hissədən budaqlanandır. Aşağıdan purpur rənglidir, 20-50 sm hündürlükdədir. Gövdə yarpaqları demək olar ki, oturaq, lansetvari və ya lansetvari-xətşəkillidir. Ləçəkləri çılpaq və ya tüklü-kirpikciklidir, uzunsov-pazvaridir, bütöv və ya dişlidir, sarı, 5–8 mm uzunluğundadır. Meyvələri 5 mm uzunluğunda, çılpaq və qırışlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi və meyvə verməsi aprel-may aylarına təsadüf edir. Quru, gilli, əhəngli və daşlı yamaclarda rast gəlinir.

Yayılması

Naxçıvan düzənliyi və dağlıq hissəsidir.

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Populyasiyanın zəif təkrarlanması, otarılma, tapdalanmadır.

Mühafizə tədbirləri

Yayıldığı sahəni qorumaq üçün müvafiq tədbirlərin görülməsi, növün müasir vəziyyətinin dəqiq öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiya olunması təklif olunur.

Həmçinin bax

Üst