| Əlixan Rəcəbov | |
|---|---|
| Əlixan Vaqif oğlu Rəcəbov | |
| Doğum tarixi | 1 avqust 1991 (34 yaş) |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Həyat yoldaşı | Çinayə Rəcəbova |
| Atası | Vaqif Rəcəbov |
| Anası | Yeganə Rəcəbova |
| Fəaliyyəti | Aktyor, Rejissor, Ssenari müəllifi, Videobloger |
| Fəaliyyət illəri | 2016-cı ildən |
| Təhsili | Milli Aviasiya Akademiyası |
| IMDb | ID9505721 |
| alixanradjabov.com | |
Əlixan Vaqif oğlu Rəcəbov (1 avqust 1991, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi.
Həyatı və karyerası
Rəcəbov Əlixan Vaqif oğlu 1991 ildə avqustun 1-i Bakı şəhərində doğulub. Milli Aviasiya Akademiyasında təhsil alıb, 2012-ci ildə məzun olub. 2009-cu ildə ilk dəfə Rusiyanın Həştərxan şəhərində, "Neftçi Bakı" ŞHK-nun heyətində çempionata qatılıb. 2009-cu ildən 2013-ilə qədər bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. 2013-cü ildə Azərbaycan yığmasında Belarusun Minsk şəhərində 1-ci liqada oyuna qatılıb. 2014-cü ildə ANS telekanalında yayımlanan Comedy.AZ layihəsində rezidentlik edib. 2016-cı ilin dekabrında şəxsi videobloquna başladı. İlk videobloqları cəmiyyətdəki mənfi obrazlar haqqında çəkilmiş 1 dəqiqəlik videolar idi. Daha sonra bu videoformatdan çıxıb, daha keyfiyyətli və xronometraj baxımından uzun vloqlar çəkməyə başladı. Videobloqlarıyla məşhurlaşandan sonra, 2017-ci ildə "Kəklikotu" filminin kastinqindən keçib, Qafar obrazını canlandırdı. Daha sonra, böyük şirkətlərə reklam videoçarxları çəkməyə başladı. 2018-ci ildə isə, "Ağacdələn" , "Qış Nağılı" və "Əlvida Şmidt!" filmlərində baş rollarda yer alıb. 2019-cu ilin martında İctimai TV-də yayımlanan "Şou biznesin sonu" televiziya filmində baş rolda oynayıb.
Filmoqrafiya
| Tarix | Film | Rol |
|---|---|---|
| 2017 | Kəklikotu | Qafar |
| 2018 | Ağacdələn | Firuz |
| 2018 | Qış nağılı | İlqar |
| 2018 | Balta | Müxtəlif personajların səsləndirilməsi |
| 2019 | Əlvida Şmidt! | Tərlan |
| 2019 | Ağacdələn | Bərbər |
| 2019 | Şou-biznesin sonu | Əlixan |
| 2020 | Sən demə | satıcı |
| 2021 | Zəhər tuluğu | Cemo |
| 2024 | Səriyyə | İdrak |
| 2025 | Bəlkə də | |
| 2025 | Baş daşı |
Çəkdiyi qısametrajlı filmlər
Əlixan Rəcəbovun YouTube üçün çəkdiyi filmlər yüksək izlənməyə malikdir
| İl | Filmin adı | Baxış sayı (avqust 2021) |
|---|---|---|
| 2017 | Qaqanın gündəliyi — 1 | 2.186.128 |
| 2018 | Qaqanın Gündəliyi — 2 Qaqanın Gündəliyi — 3 | 1.173.239 2.206.990 |
| 2019 | Qaqli 4 — Pasledniy Söhbət | 2.946.922 |
| 2017 | Onun gündəliyi — 1 | 731.833 |
| 2019 | Onun gündəliyi — 2 | 1.262.675 |
| 2017 | Bakılının gündəliyi — 1 | 2.092.186 |
| 2018 | Bakılının gündəliyi — 2 : VHS | 471.056 |
| 2019 | Bakılının gündəliyi 3 — Yadigar | 2.297.693 |
| 2020 | Karantinvari boşanma | 1.231.865 |
| 2020 | Olum ya ölüm | 1.256.506 |
| 2020 | Luger | 1.273.758 |
| 2021 | Faberje | 1.084.557 |
| 2021 | Qənimət | 457.712 |
| 2022 | Sonuncu şam yeməyi | 1.639.121 |
| 2023 | Viktoriya | 1.734.525 |
- 1 avqustda doğulanlar
- 1991-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Azərbaycan aktyorları
- Video bloqqerlər
- YouTuberlər
- Əlifba sırasına görə yutuberlər
- Əlixan Rəcəbov
- XXI əsr Azərbaycan aktyorları