Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren d

Niderland krallığı

Vikipediya, azad ensiklopediya
Niderland Krallığı
nid. Koninkrijk der Nederlanden
  • Je maintiendrai
Rəsmi dili Niderland dili
Paytaxt Amsterdam
İdarəetmə forması konstitusiyalı monarxiya
  Əhali
  • 17.100.715 nəf. (2013)
Valyuta avro, Aruba florini, ABŞ dolları
İnternet domeni .nl
ISO kodu NL
Telefon kodu +31
Saat qurşaqları
  • Mərkəzi Avropa vaxtı
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya KrallığıQərbi AvropaKarib hövzəsində toprağı olan bir suveren dövlətkonstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.

Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.

Krallığın xronologiyası

Dövr Ölkələr Dəyişikliklər
1954-1975
  • Niderland Niderland
  • Niderland Antil adaları Niderland Antil adaları
  • Surinam
Niderland Krallığı Xartiyası imzalandı.
1975-1986
  • Niderland Niderland
  • Niderland Antil adaları Niderland Antil adaları
Surinam müstəqilliyini əldə etdi və Surinam Respublikası oldu.
1986-2010
  • Aruba Aruba
  • Niderland Niderland
  • Niderland Antil adaları Niderland Antil adaları
Aruba Niderland Antil adalarından ayrıldı və ayrı bir ölkə oldu.
2010-günümüz
  • Aruba Aruba
  • Kürasao Kürasao
  • Niderland Niderland
  • Sint-Marten Sint-Marten
Niderland Antil adaları dağıldı. Karib Niderlandı Niderlandın özəl bələdiyyəsi olarkən Kürasao və Sint-Marten də ayrı ölkə oldular.

Qeydlər

  1. Krallığın bir parçası olan Niderland ilə qarışdırılmamalıdır.
Üst