Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikası

Zeyvə (Şabran)

41°12′02″ şm. e. 48°44′25″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zeyvə
41°12′02″ şm. e. 48°44′25″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Zeyvə xəritədə
Zeyvə
Zeyvə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ZeyvəAzərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Tarixi

Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə–bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30–35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI–VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar.

Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub.

Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır.

Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib.

XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.

Coğrafiyası və iqlimi

Ənbil gölü

Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Kənddən Zeyvəçay adlı çay keçir. Kənddən bir qədər aralıda Əmbil gölü var. Kənddə çoxlu sayda bulaq və şəlalələr var.

Zağlı — Zeyvə turizm zonasındakı "Keçi–qayası" adlanan yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım qayanın arasından çay axır. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər. Ərazidə vəhşi dağ keçiləri yaşadığından buranı belə adlandırıblar.

Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.

Əhalisi

Kəndin əhalisi 1252 nəfər təşkil edir.

İqtisadiyyatı

27 sentyabr 2014-cü ildə kəndə təbii qaz verilmişdir.

Tanınmış şəxsləri

  • Tofiq Mustafazadə (1949–) — Tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafat laureatı 2012-ci il, Əməkdar elm xadimi (2015).
  • Anar Mehdiyev — İkinci Qarabağ müharibəsi şəhidi.

Həmçinin bax

Üst