Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yusif Kərim oğlu Hümbətov (20 oktyabr 1950, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırı

Yusif Hümbətov

Vikipediya, azad ensiklopediya
Yusif Hümbətov
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
19 iyul 2005 14 dekabr 2005
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 2 dekabr 2005
Seçki dairəsiI çağırış — 97 saylı Cəlilabad kənd
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1950(1950-10-20) (75 yaş)
Doğum yeri
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi

Yusif Kərim oğlu Hümbətov (20 oktyabr 1950, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı (1995-2005), 1-ci dərəcə dövlət müşaviri.

Həyatı

Yusif Hümbətov 1950-ci il sentyabrın 20-də Amasiya rayonunun Güllübulaq qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq bölməsini, Bakı Ali Partiya Məktəbinin Hüquq böməsini və Azərbaycan Universiteti Hüquq bölməsində ali təhsil alıb. Rus və alman dillərini bilir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 97 nömrəli Cəlilabad qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Yusif Hümbətov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yusif Hümbətov, Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Üst