Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referen

Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum

  • Ana Səhifə
  • Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum

Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir:

Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum
Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir?
YerDMQV və Şaumyan rayonu
Tarix10 dekabr 1991
Nəticələr
Səslər %
Bəli 108.615 &&&&&&&&&&&&&099.98000099,98%
Xeyr 24 &&&&&&&&&&&&&&00.&200000,02%
Düzgün səslər 108.639 &&&&&&&&&&&&&099.91000099,91%
Xətalı və ya boş səslər 95 &&&&&&&&&&&&&&00.&900000,09%
Ümumi səslər: 108.734 100.00%
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 132.328 &&&&&&&&&&&&&082.17000082,17%
" Siz razısınızmı ki, elan edilmiş Dağlıq Qarabağ Respublikası müstəqil dövlət olmalıdır, müstəqil olaraq digər dövlətlər və icmalar ilə əməkdaşlıq formalarını müəyyən etməlidir? "

Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir. Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər. Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı.

Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır.

Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi.

Qeydlər

  1. Orijinalı belədir:
    " Համաձա՞յն եք Դուք, որպեսզի հռչակված Լեռնային Ղարաբաղի Հանրապետությունը լինի անկախ պետություն, ինքնուրույն որոշելով համագործակցության ձևը ուրիշ պետությունների և ընկերակցությունների հետ? "
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 07, 2026

    Lixtenşteyn Knyazlığı

  • Aprel 06, 2026

    Yazı düzü

  • Aprel 05, 2026

    Qapıcıq (dağ)

  • Aprel 02, 2026

    Yuli təqvimi

  • Mart 26, 2026

    Azərbaycan

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst