Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tofiq Müseyib oğlu Əzizov (18 yanvar 1932, Bakı – 3 dekabr 1998, Bakı) — Azərbaycan mühəndis-konstruktoru və dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirini

Tofiq Əzizov

Vikipediya, azad ensiklopediya
Tofiq Əzizov
Azərbaycan Respublikası Baş nazirinin müavini
13 yanvar 1995 3 dekabr 1998
Baş nazirFuad Quliyev
Artur Rasizadə
Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri
13 yanvar 1995 20 iyul 1996
ƏvvəlkiQüdrət Əbdülsəlimzadə
SonrakıNadir Nəsibov
Şəxsi məlumatlar
Doğum tarixi 18 yanvar 1932(1932-01-18)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 3 dekabr 1998(1998-12-03) (66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1991-ci ilədək)
Təhsili
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci[d] (1952-ci ilədək),
  • Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti (1955–1958)
Təltifləri "Lenin" ordeni — 1990 "Qırmızı əmək bayrağı" ordeni — 1977
Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi — 1992 Azərbaycan SSR əməkdar mühəndisi — 1981

Tofiq Müseyib oğlu Əzizov (18 yanvar 1932, Bakı3 dekabr 1998, Bakı) — Azərbaycan mühəndis-konstruktoru və dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1995–1998), Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri (1995–1996), Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi (1992), Azərbaycan SSR əməkdar mühəndisi (1981).

Həyatı

Tofiq Müseyib oğlu Əzizov 1932-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Bakı Rabitə Texnikumunu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, 1953–1954-cü illərdə Bakı radio zavodunda tənzimləyici, sex ustası vəzifələrində çalışmışdır. 1955-ci ildə Bonç-Bruyeviç adına Leninqrad Radiotexnika və Rabitə İnstitutuna daxil olmuş və 1958-ci ildə buranı bitirmişdir.

Tofiq Əzizov 1958–1961-ci illərdə Leninqrad Xüsusi Konstruktor Bürosunda aparıcı konstruktor, 1961-ci ildən 1969-cu ilədək Bakıda "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunda baş layihə konstruktoru olmuş, 1969–1974-cü illərdə Bakı "Mikrosxemtexnika" xüsusi konstruktor bürosunda və "Neftsənayegeofizika" Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1974-cü ildən SSRİ Gəmiqayırma Sənayesi Nazirliyi "Nord" Elm-İstehsalat İnstitutunun direktoru, 1983-cü ildən onun bazasında yaradılan "Nord" Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.

Tofiq Əzizov 1995-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilmiş, 1995–1996-cı illərdə paralel olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Tofiq Əzizov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin, eləcə də 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komissiyasının sədri olmuşdur. Azərbaycan Milli Yaradacılıq Akademiyasının texnika doktoru (1990), professor (1994) adlarına layiq görülmüşdür. 10-dan çox elmi məqaləsi çap edilmiş, 11 ixtiranın müəllifi olmuşdur. Ona "Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi" (1992), "Azərbaycan SSR əməkdar mühəndisi" (1981) fəxri adları verilmiş, "Qırmızı əmək bayrağı" (1977) və "Lenin" (1990) ordenləri ilə təltif edilmişdir.

Tofiq Əzizov 1998-ci ildə dekabrın 3-də 66 yaşında qəflətən vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Üst