Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əlixan Səmədov (27 aprel 1964, Sumqayıt) — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018).

Əlixan Səmədov

Vikipediya, azad ensiklopediya
Əlixan Səmədov
Ümumi məlumatlar
Doğum tarixi 27 aprel 1964(1964-04-27) (62 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1990-cı ildən
Janr xalq musiqisi
Musiqi aləti balaban
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti

Əlixan Səmədov (27 aprel 1964, Sumqayıt) — Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı və ustadı. Azərbaycanın xalq artisti (2018).

Həyatı

Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 −1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986–1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksofon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Həmçinin bax

  • Balaban
Üst