Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Süleymanpaşa Tarkovski və ya Süleyman paşa Tərkili (1794, Tərki[d] – 1836, Tərki[d]) — Rusiya İmperiyasının general-mayoru, knyaz, Buynaksk hökmdarı, Dağıstanın

Süleymanpaşa Tarkovski

Vikipediya, azad ensiklopediya
Süleymanpaşa Tarkovski
Süleymanpaşa Mehdi oğlu Tərkili
1830 1836
ƏvvəlkiII Mehdi
SonrakıƏbumüslüm xan Tarkovski
Şəxsi məlumatlar
Doğum tarixi 1794(1794)
Doğum yeri
Vəfat tarixi 1836(1836) (41–42 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tərki[d]
Milliyyəti qumuq
Fəaliyyəti siyasətçi
Atası II Mehdi
Anası Pəricahan xanım
Həyat yoldaşı
  • Papu Bikə Usmiyeva[d]
Ailəsi Tarkovskilər
Hərbi xidmət
Qoşun növü süvari
Döyüşlər
Rütbəsi
  • general-mayor

Süleymanpaşa Tarkovski və ya Süleyman paşa Tərkili (1794, Tərki[d]1836, Tərki[d]) — Rusiya İmperiyasının general-mayoru, knyaz, Buynaksk hökmdarı, Dağıstanın valisi, Tərki şamxalı (1830-1836).

Həyatı

1794-cü ildə Tərki şamxalı II Mehdi ilə Quba xanı Fətəli xanın qızı Pəricahan xanımın ailəsində dünyaya gəlmişdir.

Siyasi fəaliyyəti

1830-cu ildə, atası II Mehdinin ölümündən az əvvəl, o, Tərki şamxallığının varisi kimi təsdiqlənmiş və ümumrusiya ordusunda polkovnik rütbəsi ilə təltif edilmişdir. Həmin ilin sonunda atasının vəfatından sonra şamxal seçilmişdir. 1833-cü ildə İmperator I Nikolayın investitura fərmanı ilə Tərki şamxalı, Buynaksk hökmdarı və Dağıstan valisi kimi rəsmi şəkildə təsdiq edilmişdir.

Atası kimi, Süleymanpaşa xan da Rusiya ilə yaxınlaşma siyasəti aparırdı. 1836-cı ildə vəfat etmiş və doğma kəndi Tərkidə dəfn olunmuşdur.

Ailəsi

General Yermolovun tövsiyəsi ilə Süleymanpaşa xan general-mayor, knyaz və Qumuq dairəsinin pristavı Musa Xasav Usmiyevin qızı, çar ordusunun qumuq general-mayoru Xasay xan Usmiyevin bacısı Papu Bikə ilə evlənmişdi. Bu nikahdan övladları olmamışdır.

Qeydlər

  1. çar tərəfindən verilən rəsmi təyinat sənədi
Üst