| Kərtənkələyəbənzər ilan | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kərtənkələyəbənzər ilan | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — zəhərli ilan növü.
Xüsusiyyətləri
Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır.
Həyat tərzi
Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan martın sonu aprelin əvvəlləri qayıdır. Əsasən gecə aktiv olur.
Onlar bəzən özlərini qəribə aparır. 1 metr atış edə bilir. Zəhəri çox təhlükəlidir.
Qidalanması
Kərtənkələyəbənzər ilan əsasən gəmiricilər, kərtənkələlər və digər ilanlarla qidalanır. Onlar əvvəlcə dişləyir, sonra isə şikarını ovlayır.
Çoxalması
Kərtənkələyəbənzər ilanların cütləşmə dövrü apreldən başlayır və mayın sonu, iyunun əvvəlinə təsadüf edir. Onlar 5–20 yumurta qoyur. Cavan balalar iyulda yumurtadan çıxır və 22–27 sm uzunluğunda olur.
Yarımnövləri
Kərtənkələyəbənzər ilan iki yarımnövə bölünür (Malpolon monspessulanus):
- M. monspessulanus monspessulanus
- M. monspessulanus saharatlanticus
Ədəbiyyat
- Arıkan, H., Göçmen, B., Kumlutaş, Y., Alpagut-Keskin, N., Ilgaz, Ç & Yıldız, M. Z. 2008. Electrophoretic characterisation of the venom samples obtained from various Anatolian snakes (Serpentes: Colubridae, Viperidae, Elapidae). North-Western Journal of Zoology 4 (1): 16–28
- Zəhərli ilanlar
- Sürünənlər
- Afrika ilanları
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
