Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri.

Nəriman Yusifov

Vikipediya, azad ensiklopediya
Nəriman Yusifov
Azərbaycan SSR ədliyyə naziri
29 yanvar 1980 15 yanvar 1985
ƏvvəlkiEyvaz Məmmədov
SonrakıƏlisaab Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 1926(1926)
Doğum yeri
  • Vedi
Vəfat tarixi 21 noyabr 2018(2018-11-21) (91–92 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan

Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri.

Həyatı və fəaliyyəti

Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub.

Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib.

Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.

21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.

Həmçinin bax

  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı
Üst