| Çay Qurbançı | |
|---|---|
| 40°36′41″ şm. e. 49°00′05″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Çay Qurbançı | |
Çay Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Çay Qurbançının əhalisi türk mənşəlidir. Əsasən heyvandarlıqla məşğul olmuşdur. Çay Qurbançının əvvəli Qurbançı kəndi yaxınlığında olan Şəhərgahla əlaqəlidir. Çay Qurbançının Molla İsa qəbiristanlığı vardır. Bu qəbiristanlığın olması burada uzun müddət yaşayış olduğunu göstərir. Qurbançı kəndi təqribən 200 il əvvəl buradan köçən əhali hesabına formalaşmışdır. Sovetlər vaxtı (təqribən 1930-cu illərdə) Çay Qurbançı ayrıca kolxoz olmuşdur.
Toponimikası
Etnotoponimdir. Oykonim çay və Qurbançı (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Qurbançı kəndi" mənasındadır.
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 65 nəfər əhali yaşayır.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Qobustan rayonu qaralamaları
- Qobustan rayonunun kəndləri

