Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb. Üzvlərin qurduğu şirkə

PayPal Mafiyası

Vikipediya, azad ensiklopediya

PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb. Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər. Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar.

Tarix

PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı. Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərilməlidir] Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərilməlidir] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı. Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı.

Üzvlər

PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir:

  • Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.
  • Maks Levsin — PayPal-ın təsisçisi və baş texnologiya direktoru.
  • İlon Mask — X.com-un təsisçisi. İlon Mask daha sonra Tesla Motors-un ilk investoru, SpaceX, Neuralink, OpenAI, The Boring Company-in təsisçisi olmuşdur.
  • David Sak — PayPal-ın keçmiş COO-u, sonradan Geni.com və Yammer-i qurmuşdur.
  • Rolof Bota — PayPal-ın keçmiş CFO-u, sonradan vençur kapital şirkəti olan Sequoia Capital-ı qurmuşdur.
  • Stiv Çen — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi.
  • Rid Hoffman — PayPal-ın keçmiş icraçı vitse-prezidenti, daha sonra Linkedin-i qurmuşdur. Rid Hoffman Facebook, Aviary, Friendster, Six Apart, Zynga, IronPort, Flickr, Digg, Grockit, Ping.fm, Nanosolar, Care.com, Knewton, Last.fm, Ning və Technorati-nin ilkin investorudur.
  • Ken Hoveri — PayPal-ın keçmiş maliyyə direktoru, Təsisçilər Fondunun tərəfdaşıdır.
  • Çad Harli — PayPal-ın keçmiş veb dizayneri, YouTube-nin həmtəsisçisi.
  • Erik Cekson — PayPal müharibələri kitabının müəllifi. WND Books-un baş icraçı direktoru, CapLinked-in həmtəsisçisi.
  • Cavid Kərim — PayPal-ın keçmiş mühəndisi, YouTube-nin həmtəsisçisi. İlk YouTube videosu Me at the zoo Cavid Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənmişdir.
  • Yard Kopf — PayPal-da Piter Tilin icraçı köməkçisi, Slide, HommeRun və NextRoll-un qurucusu.
  • Dav Makklar — PayPal-ın keçmiş marketinq direktoru, yeni şirkətlər üçün "mələk investor" və 500 Startup-un qurucusu.
  • Endrü Makkormak — Valar Ventures şirkətinin həmtəsisçisi
  • Lyuk Nozi — PayPal-ın həmtəsisçisi və marketinq və strategiya üzrə keçmiş vitse-prezidenti, Təsisçilər Fondunun tərəfdaşı
  • Ket Rabos — PayPal-ın keçmiş icraçı direktoru. Daha sonra Linkedin, Slide, Square, Khosla Ventures-də işləmişdir. Hazırda Təsisçilər Fondunun tərəfdaşı və Tokbox, Xoom, Slide, Linkedin, Geni, Room 9 Entertainment, YouTube və Yelp-in profesional investoru.
  • Cek Selbi — PayPal-ın korporativ və beynəlxalq inkişaf üzrə keçmiş vitse-prezidenti. Piter Tillə birlikdə Clarium Capital-ın həmtəsisçisi. Sonradan Grandmaster Capital Management-in idarəedici direktoru olmuşdur.
  • Primal Şah — PayPal-ın keçmiş məhsul meneceri, Kiva.og-un təsisçisi və prezidenti.
  • Rassel Simons — PayPal-ın keçmiş mühəndisi, Yelp şirkətinin həmtəsisçisi.
  • Ceremi Stoppelman — PayPal-ın texnologiya üzrə keçmiş vitse-prezidenti, Yelp şirkətinin həmtəsisçisi.
  • Yişan Vonq — PayPal-ın keçmiş menecerlik mühəndisi. Daha sonra Facebook-da işlədi və Reddit-in baş icraçı direktoru.
Üst