| dövlət | |||||
| Florensiya hersoqluğu | |||||
|---|---|---|---|---|---|
| Ducato di Firenze (İtalyanca) | |||||
| |||||
![]() Florensiya hersoqluğu 1548 | |||||
| 1532 — 1569 | |||||
| Paytaxt | Florensiya | ||||
| Dil | latın dili | ||||
| Rəsmi dilləri | İtalyan dili | ||||
| Din | Roma-Katolik kilsəsi | ||||
| İdarəetmə forması | Monarxiya | ||||
Florensiya hersoqluğu (it. Ducato di Firenze) — İtaliyanın Toskana əyalətində yerləşən, Florensiya mərkəzli dövlət. 1532-ci ildə Roma papası VII Klement, özü kimi Mediçi ailəsinə mənsub olan qohumu Alessandro Mediçini Florensiya hersoqu elan etdi və beləcə, Florensiyada respublika ləğv edilərək irsi monarxiya bərpa olundu.
Onun öldürülməsinin ardından hakimiyyəti ələ alan I Kozimo nəhəng donanma qurdu və Elba adasını satın alaraq bölgəni ələ keçirdi. 1569-cu ildə Roma papası V Piy tərəfindən Böyük Toskana hersoqu ünvanı aldı və beləcə, Mediçilər 1737-ci ilədək bu ünvanla bölgəni idarə etdilər.
- 1532-ci ildə yaranmış dövlətlər və ərazilər
- 1569-cu ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Florensiya
- Florensiya hersoqluğu
- Şəhər-dövlətlər


