| Ağ söyüd | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Malpigiyaçiçəklilər Fəsilə: Söyüdkimilər Cins: Söyüd Növ: Ağ söyüd | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Ağ söyüd (lat. Salix alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Təbii yayılması
İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır. Erkəkcikləri 2-dir, sərbəstdir, alt tərəfi tüklüdür. Tozluqları parlaq-sarı rəngdədir. Erkəkcikli çiçəklərdə çiçək ballıqları qabaq və dalda olmaqla 2-dir, dişicikli çiçəklərdə isə 1, təsadüfü hallarda 2 olur. Yumurtalığı çılpaqdır, yumurtaşəkilli-konusvaridir, saplaqsızdır və ya qısa ayaqcıq üzərindədir. Aprel ayında çiçək açır.
Ekologiyası
Torpağa az tələbkar, tez böyüyən, şorakətli torpaqlara dözümlü bitkidir.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqaz, Naхçıvan, Lənkaran, Kür-Araz ovalığı və Alazan-Əyriçay vadisində orta dağ qurşağına qədər olan sahələrdə əkilir.
İstifadəsi
Abşeronda özəl həyətyanı sahələrdə yaşıllaşdırmada istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
- Argorips alba (L.) Raf.
- Salix pallida Salisb.
Yarımnövləri
- Salix alba subsp. alba
- Salix alba subsp. micans (Andersson) Rech.f.
- Salix alba f. veniaminii I.V.Belyaeva & O.V.Epanch.
Həmçinin bax
- Söyüd
- Dekorativ ağaclar
- Avropa florası
- Şimali Afrika florası
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
- Dərman bitkiləri
- 1753-cü ildə təsvir edilən bitkilər
- Türkiyə florası
- Karl Linney tərəfindən adlandırılmış botanika taksonları
