Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Məhəmməd ibn İdris əş-Şafii (ərəb. مُحَمَّدُ بْنُ إِدْرِيسَ الشَّافِعِيُ‎; 28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi.

İmam Şafii

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Əş-Şafii
ərəb. محمد بن إدريس الشافعي
Doğum tarixi 28 avqust 767(0767-08-28)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 820(0820-01-20) (52 yaşında)
Elm sahələri fiqh, hədis elmi
Tanınmış yetirmələri Əhməd ibn Hənbəl, İshaq ibn Rəhaveyh, Əl-Müzəni, Əl-Büveyti, Davud əz-Zahiri, Rəbi ibn Süleyman əl-Muradi, Əbu Səvr, Əbdüləziz ibn Yəhya əl-Kinani, Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd ibn İdris əş-Şafii (ərəb. مُحَمَّدُ بْنُ إِدْرِيسَ الشَّافِعِيُ; 28 avqust 767, Qəzzə, Abbasilər xilafəti20 yanvar 820) — Şafii məzhəbinin banisi.

Həyatı

Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə Misirdə vəfat etmişdir.

Əş-Şafinin nəsəbi

O, Əbu Abdilləh Məhəmməd ibn İdris ibn Abbas ibn Osman ibn əş-Şafi ibn Səib ibn Ubeyd ibn Əbdiyezid ibn Haşim ibn əl-Muttalib ibn Əbdimənaf əl-Muttalibi əl-Qureyşidir. Məhəmmədin nəsəbi ilə babası Əbdumənaf ibn Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.

Atası İdris ibn Abbas

İnsanları tərcümeyi-halları haqqında yazılmış kitablar əş-Şafiinin atası haqqında geniş məlumat vermir. Bilinən yalnız budur ki, Mədinədə yaşamışdır. Orada onu sevməyən insanlar çıxdıqdan sonra Fələstindəki Əsqəlan (indiki Aşkelon) şəhərinə köçür. Orada yaşamağa başlayır. Əş-Şafiinin doğuluşundan bir müddət sonra vəfat edir.

Babası əl-Abbas ibn Osman

Babası haqqında da həmin kitablar bir məlumat vermir.

Babasının atası Osman ibn əş-Şafii

Bu şəxsi ilk Abbasi xəlifəsi Əbül-Abbas əs-Səffahın dövründə yaşayıb. Əbül-Abbas əs-Səffah Quranın "Bilin ki, qənimət edindiklərinizdən Allaha və rəsuluna xumusu (beşdə biri) var." (Ənfal, 41) ayəsindəki xumus payından əl-Müttalib oğullarını çıxarmaq istədikdə xəlifənin önündə əzmkarlıqla dirənir. Bununla da xəlifəni bu işdən çəkindirir. Bu hadisəni İbn Həcər əl-Əsqəlani, Xətib əl-Bağdadi, Əbül-Həsən əl-Abiri əs-Sicistəni və başqaları nəql ediblər. Bu hadisəni təkzib edən səhih nəql isə yoxdur. Doğrusunu Allah bilir. Bu əməli də onun əl-Müttalibi olduğuna ən böyük işarələrdəndir.

Babasının babası əş-Şafii ibn Səib

O, Məhəmmədin səhabələrindəndir. Deyə bilərik ki, babalarından sıra baxımından birinci səhabə olduğu üçün məhz ona nisbət edilir. Bəzi təəssübkeş, elmsiz hənəfilər və malikilər əş-Şafi bin Səibin guya Əbu Ləhəbin köləsi olduğunu deyərək onun qureyşli olmadığını iddia ediblər. Bununla da əş-Şafinin qureyşli olmaması yönündə ortaya şübhələr atıblar. Əş-Şafii bin Səibin qardaşı Abdullah bin Səib də bir səhabə idi və Məkkənin ozamankı valisi idi. Bu da həmin cahillərin iddiasını çürütməyə yardım edən sübutlardan biridir. Çünki o zaman Məkkə kimi şəhərdə valilik edənlər əsl nəsəbli biriləri olurdu. Əbu Bəkr əl-Beyhəqi bu təəssübkeşlərin sözlərini əsassız sayaraq deyir:

" İmam əş-Şafinin nəsəbinin Qureyşdən olması və əl-Müttalibi olması, xəlifələr, alimlər və şairlər arasında bəsirətli adamlar üçün gündüzün işığı qədər aydın və məşhurdur. "

Həmçinin ən-Nəvəvi deyir:

" O, nəql əhlinin icması ilə Qureyşli, əl-Müttalibidir, anası isə Əzd qəbiləsindəndir. "

Onun atası Səib ibn Ubeyd

O da səhabədir, Bədrdən sonra İslamı qəbul edib. Onun da atası Ubeyd ibn Əbdiyezid də səhabədir. Onun atası Əbdiyezid ibn Haşim isə Məhəmmədi yaşlı ikən görüb və iman gətirib. O da səhabə hesab olunur. Beləliklə əş-Şafinin nəsəbində dörd səhabə vardır. Onun atası Haşim ibn əl-Müttalib: o, Məhəmmədin babası Əbdülmüttalibin əmisi oğludur. Əl-Müttalib ibn Əbdimənaf: o, Əbdülmüttalibin əmisidir. Əbdülmüttalibin atası Haşim öldükdən sonra Əbdülmüttalibi o böyüdür. Beləliklə əş-Şafiinin nəsəbi üç yöndən şərəflidir.

  1. Qureyşli olması,
  2. Əl-Müttalibi olması,
  3. Ən əsası Məhəmədin soyu ilə qohum olması.

Əş-Şafiinin anası

Əş-Şafiinin anasının adı haqqında səhih bir şey gəlməyib. Sadəcə onun Əzd qəbiləsindən olduğu sabitdir. Əzd Yəmənin şimalı ilə Oman arasında yerləşən ərəb qəbilələrindəndir. İbn Əbdilbər və Əbu Bəkr əl-Beyhəqi öz sənədləri ilə əş-Şafinin qızının oğlu Məhəmməddən belə rəvayət etmişlər:

" Babam Məhəmməd ibn İdris əş-Şafi əllidən bir neçə il çox (54) yaşında Misirdə vəfat etdi. Anası əzdli idi. Evi Məkkədə idi. "

Anasının Fatimə bint Abdillah ibn Həsən ibn əl-Hüseyn ibn Əli ibn Əbi Talib olması rəvayətinə gəlincə bu rəvayət güclü deyildir. Əllamə Fəxruddin ər-Razi bu rəvayətin "şaz" olduğunu demişdir.

Aydın olur ki, əş-Şafinin həyatına nəzər salan biri mütləq bu üç şeyi müşahidə edəcəkdir: yetim olub, anasının elmə həvəsi olmasına baxmayaraq ailəsindən elm əhli yox idi, bu isə əş-Şafinin elmi atalarından birindən miras almadığını göstərir və fəqir böyümüşdür. Lakin əş-Şafinin elminin bu səviyyəyə çatmasında anasının böyük rolu var idi, belə ki, fəqir olmasına baxmayaraq oğlunu işləməyə deyil, elm təhsilinə yönəltdi. Əş-Şafi özü bu haqda deyir:

" Anamın qucağında yetim idim. Məni katiblərin (elm adamlarının) yanına göndərirdi. Fəqirlikdən onlara verəcək bir pulu da yox idi. "

Əş-Şafii öz fəqirliyini anladaraq deyir:

" Quranı hifz etdikdən sonra Haram məscidinə getdim. Alimlərin məclisində otururdum. Hədisləri və (fiqhi) məsələləri dinləyərək əzbərləyirdim. Anamın kağız almam üçün mənə verəcəyi pulu olmadığından sümük üzərinə yazırdım. Oradan oxuyub əzbərliyirdim. "

Göründüyü kimi anasının oğluna elmi yöndən yardımı böyük olub.

Tələbələrindən bəziləri

  • Əhməd ibn Hənbəl
  • İshaq ibn Rəhevəyh
  • Zəfərani
  • Əbu Səvr İbrahim ibn Xalid
  • Əbu İbrahim əl-Müzəni

Fəaliyyəti

O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.

Əsərləri

Əş-Şafiinin fiqh təcrübəsi böyük nisbətdə şəxsən qələmə aldığı, qismən də tələbələrinə imla etdiyi əsərlər yolu ilə gəlmişdir. Bu sahədə ciddi bir dəyişiklik olmadan rəvayət edilmişdir. Əş-Şafiinin qövli qədim dövrəsinə aid təməl əsəri "əl-Huccə" olub ən güclü ravisi Zəfəranidir. Kərabis və Əhməd ibn Yəhyanın bu əsərə aid rəvayətləri uzun ömürlü olmamışdır.

Öz əsərləri

  1. Əl-Umm. Bu əsər əş-Şafii cədid dövrü fiqh düşüncəsini ən ətraflı şəkildə əks etdirir və təriqətin əsas mənbəyini təşkil edir. Süleyman və Zəfərani kiçik fərqlərlə bu əsəri ayrı-ayrılıqda rəvayət etmişdir .
  2. Ər-Risalə. Fiqh fəlsəfəsi haqqında əş-Şafiinin fikirlərini ehtiva edən bu kitab, fiqh üsulu sahəsində günümüzə çatan ilk kitab olması baxımından önəm daşıyan bu əsər müxtəlif dillərə tərcümə edilmiş və incələmə mövzusu olmuşdur.
  3. Əl-İmla (əl-Əmali). Əş-Şafinnin şəxsən özü yazmayıb tələbələrinə diktə etdiyi kitablara "əl-İmla" və ya "əl-Əmali" deyilir.
  4. Ər-Rəd. Əş-Şafii burada seçdiyi nümunələrlə İraq fəqihlərinin qiyas anlayışındakı nöqsanları göstərməklə bu fəqihlərin ən güclü bilinikləri nöqtədə müzakirə edilməkdədir.

Ona nisbət edilən əsərlər

  1. Əhkamül-Quran.
  2. Müsnəd əş-Şafii.
  3. Ər-Rəd əla İbn Uleyyə. Bu əsərin günümüzə qədər gəlib çatıb-çatmaması dəqiq deyil.
  4. Əl-Fiqhül-Əkbər fit-Tövhid.
  5. Divanüş-Şafii.

Həmçinin bax

Ədəbiyyat

  • Aybakan Bilal, "Şafii", TDV İslâm Ansiklopedisi, XXXVIII, İstanbul: 2010, 223–233.
  • Okuyucu Nail, Şafii mezhebinin teşekkül süreci, İstanbul: 2015, 564.
Üst