Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Abdillah İbrahim ibn Xalid ibn Əbil-Yəman əl-Kəlbi əl-Bağdadi (ərəb. أبو ثور‎; 764, Bağdad – 854, Bağdad) — əş-Şafiinin tələbəsi, fiqh və hədis alimi.

Əbu Səvr

Vikipediya, azad ensiklopediya
Əbu Səvr
ərəb. أبو ثور
Doğum tarixi 764(0764)
Doğum yeri
Vəfat tarixi 854(0854) (89–90 yaşında)
Vəfat yeri
Fəaliyyəti fəqih

Əbu Abdillah İbrahim ibn Xalid ibn Əbil-Yəman əl-Kəlbi əl-Bağdadi (ərəb. أبو ثور; 764, Bağdad854, Bağdad) — əş-Şafiinin tələbəsi, fiqh və hədis alimi.

Fiqhdə mütləq müctəhid dərəcəsinə yüksəlmiş Əbu Səvr, hədis sahəsində də hafizlik dərəcəsinə yüksəlmişdir.

Xətib əl-Bağdadi, Nəsai onu "siqa-məmun", Nəvəvi isə "siqa" adlandırmışdır.

O, Süfyan ibn Uyeynə, Vəki ibn Cərrah, Əbdürrəhman ibn Mehdi kimi mühəddislərdən hədis dinləmiş, Müslüm ibn Həccac, Əbu Davud, Tirmizi, İbn Macə, Əbu Hətim ər-Razi və başqaları ondan hədis rəvayət etmişlər.

Fiqh elmini əvvəl Məhəmməd ibn Həsən əş-Şeybanidən, sonradan isə əş-Şafiidən öyrənmiş və beləcə özündə həm "Əhli-Rəy" (İraq fiqhi) fiqhini, həm də "Əhli-Hədis" fiqhi (Hicaz fiqhi) birləşdirmişdir.

Əş-Şafiinin tələbələrindən olması və onun qədim məzhəbinin rəvayətçilərindən hesab olunmasından ötrü, İbn Xəllikan və Tacəddin əs-Subki kimi bəzi Şafii alimləri Əbu Səvri öz məzhəblərindən hesab etmişlər. Lakin onunla əş-Şafii arasındakı münasibəti müəllim-tələbə münasibəti kimi dəyərləndirmək daha doğru olar. Həqiqətən də, İbn ən-Nədim, Qazı İyad, Burhanəddin ibn Fərhun və Əbdülhey ibn əl-İmad kimi bir çox tərcümeyi-hal müəllifləri açıq şəkildə bildirmişlər ki, Əbu Səvr müstəqil müctəhidlərdən idi və ona məxsus ayrıca bir məzhəbi var idi.

Şafii alimləri olan Rəfi və Nəvəvi də bu qənaətdə olmuş, onun müstəqil görüşlərinin Şafii məzhəbi daxilində sadəcə fərqli bir rəy kimi qiymətləndirilə bilməyəcəyini bildirmişlər.

Əbu Səvr məzhəbinin əsas etibarilə Şafii məzhəbinə yaxın olduğunu demək mümkün olsa da, bu, hər iki məzhəbin eyni olduğu mənasına gəlmir. Ondan alimlərin əksəriyyətinin görüşünə zidd olan və şazz (az qəbul edilmiş) sayılan bəzi ictihadi rəylər də nəql edilmişdir.

Bir çox başqa məzhəblər kimi, Əbu Səvr məzhəbi də geniş tərəfdar kütləsi qazana bilməmiş və uzun müddət yaşaya bilməmişdir. Bununla belə, hicri IV (miladi X) əsrin sonlarınadək Azərbaycan və Ermənistan ərazilərində onun çoxlu sayda ardıcıllarının olduğu nəql edilir.

Həyatı

O, Bağdadda doğulumuş, böyümüş və təhsil almışdır.

Əbu Səvr, geniş yayılmış məlumata görə hicri 240-cı (854) ildə, İbn Xəllikana görə isə hicri 246-cı (860) ildə vəfat etmişdir.

Əsərləri

İbn ən-Nədim, onun "əl-Məbsut fil-fiqh" adlı əsərindən bəhs etsə də, onun heç bir əsəri dövrümüzə qədər gəlib çatmamışdır.

Üst