Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Balağa Ağayev (17 oktyabr 1899, Fatmayı, Bakı qəzası – XX əsr, bilinmir[d]) — azərbaycanlı həkim, Cümhuriyyət tələbəsi.

Balağa Ağayev

Vikipediya, azad ensiklopediya
Balağa Ağayev
Doğum tarixi 17 oktyabr 1899(1899-10-17)
Doğum yeri
Vəfat tarixi XX əsr
Vəfat yeri
  • bilinmir[d]
Təhsili
  • Bakı Real Məktəbi,
  • Bakı Kommersiya Məktəbi,
  • Paris Universiteti
Fəaliyyəti həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balağa Ağayev (17 oktyabr 1899, Fatmayı, Bakı qəzasıXX əsr, bilinmir[d]) — azərbaycanlı həkim, Cümhuriyyət tələbəsi.

Bakı Real Məktəbində və Bakı Kommersiya Məktəbində orta təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, 1920-ci ildə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Sorbon Universitetində ali təhsil alıb.

Təhsilini bitirdikdən sonra geri qayıtmayıb və Fransada qalıb. Sonrakı həyatı haqda məlumat yoxdur.

Həyatı

Balağa Ağayev, İskəndər Rzazadə, Miri bəy Vəzirov, ortada əyləşən Mustafa bəy Vəkilov, Paris, 1920-ci il.

Ağayev Balağa Məmməd Hənifə oğlu 1899-cu ildə Fatmayı kəndində anadan olub. Əvvəlcə Bakı Real Məktəbində 1915–1919-cu illərdə isə Bakı Kommersiya Məktəbində təhsil alıb. 1917-ci ildə Bakıda keçirilmiş Qafqaz müsəlman şagirdlərinin I qurultayında iştirak edib.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il oktyabrın 20-də Azərbaycan Cümhuriyyəti xalq maarif naziri Rəşid xan Qaplanovun 456 saylı əmri ilə Balaağa Ağayev Bakı Kommersiya Məktəbinə Türk dili müəllimi təyin olunub.

1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.

1919-cu il noyabrın 24-də Balağa Ağayev Müsəlman tələbələri bürosuna yazdığı ərizədə dövlət hesabına Paris şəhərində tibb təhsili almaq istədiyini bildirib.

Balağa Ağayev də ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.

Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Balağa Ağayev Parisdə Sorbon Universitetində tibb təhsil alıb.

Təhsilini bitirdikdən sonra SSRİ-yə qayıtmayıb və Fransada yaşayıb. 1974-cü ildə Balaağa Ağayev Qrönobl şəhərində yaşayıb. Həmin illərdə Parisdə işləyən diplomat Ramiz Abutalıbov onunla görüşmək istəsə də Balaağa Ağayev onunla görüşməyə razılıq verməyib.

Balaağa Ağayevin sonrakı həyatı haqda məlumat yoxdur.

Ailəsi

Balağa Ağayev Fatmayı kəndinin sakinləri Məhəmmədhənifə Kərbəlayı Hacıağa oğlunun və Bibixanım Kərbəlayı Zərbəli qızının ailəsində anadan olub.

Həmçinin bax

Üst