Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli

Çaldaş (Oğuz)

40°47′08″ şm. e. 47°33′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çaldaş
40°47′08″ şm. e. 47°33′10″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub XVIII əsr
Mərkəzin hündürlüyü 383 m
Əhalisi
Əhalisi
  • 544 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çaldaş xəritədə
Çaldaş
Çaldaş

Çaldaş (əvvəlki adı: Astraxanovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astraxanovka kəndi Çaldaş kəndi adlandırılmışdır.

Tarixi

Rayon mərkəzindən 45 kilometr cənubda, Acınohur alçaq ön dağlığı bölgəsində, Müqəddəsdağın (764 m) şərq tərəfində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 380 metrdir.

Kəndi 1849-cu ildə Rusiyadan Azərbaycana köçürülmüş rus–molokanlar salmışlar. Zaman keçdikcə özləri ilə bu adı buraya gətirmiş ruslar kənddən köçüb getmiş, ad qalmışdır.

Toponimikası

Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Həştərxan vilayətindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Həştərxan" şəhəri və vilayətinin rusca adı olan "Astraxan" (yer adı) və rusca yer adlarında istifadə olunan "–ovka" şəkilçisindən ibarət olub, "həştərxanlılar, həştərxanlıların yaşadığı yer" mənasındadır.

Mədəniyyəti

Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, 100 yerlik ATS, iaşə və ticarət obyektləri var. Kəndə rayon mərkəzindən Oğuz–Qarabulaq avtobusu ilə getmək olur.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 544 nəfər əhali yaşayır.

İqtisadiyyatı

  • Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.

Həmçinin bax

Üst