Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cecudo və ya Cecu adası (kor. 제주도, 濟州道) — Cənubi Koreyanın ən böyük adası olmaqla yanaşı həm də bu ölkənin ən kişik inzibati ərazi vahidliyidir. Rəsmi olaraq mu

Çejudo adası

33°21′56″ şm. e. 126°31′04″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Cecudo
kor. 제주도
Ümumi məlumatlar
Sahəsi 1849 km²
Uzunluğu
  • 73 km
Eni 31 km
Hündür nöqtəsi 485 m
Əhalisi 531.905 nəfər (2010-cu il)
Yerləşməsi
33°21′56″ şm. e. 126°31′04″ ş. u.HGYO
Ölkə  Cənubi Koreya
Akvatoriya
Cecudo xəritədə
Cecudo
Cecudo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cecudo və ya Cecu adası (kor. 제주도, 濟州道) — Cənubi Koreyanın ən böyük adası olmaqla yanaşı həm də bu ölkənin ən kişik inzibati ərazi vahidliyidir. Rəsmi olaraq muxtariyyatı olan vilayətdir. Ada Koreya boğazında yerləşir. Çolla-Namdo vilayətindən cənub-qərbsdə yerləşir. 1946-cı ilə qədər bu vilayətin ərazisinə daxil idi. Avropalılar adanı Kelpart adası adı ilə tanınır.

Adı

Koreya dilində do — çin dilindən fonetik traspryasiya olunmuş "ada" (島) və "vilayət" (道) mənasını verir. Bununlada Cecudo həm ada həm də vilayət kimi işlədilə bilər. Aşağıdakı cədvəldə Cecudo vilayətinin inzibati mərkəzlərinin adları verilmişdir.

AzərbaycancaRəsmi dilXanqıl
Cecudo (ada)Çejudo제주도
Cecudo (vilayət)Çeju txıkpyol çaçxido제주특별자치도
Cecu (şəhər)Cecuşi제주시

Adanın tarixi adları:

Toi (도이, 島夷)

Tonyuncu (동영주, 東瀛州)

Cuxo (주호, 州胡)

Txammora (탐모라, 耽牟羅)

Somna (섭라, 涉羅)

Txanna (탁라, 竣羅)

Txamna (탐라, 耽羅)

Adanın meydana gəlməsi

YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 1264
ing.rus.fr.

Cecu adası Avropada əvvəllər Kvelpart adı ilə tanınırdı. Ada vulkanik mənşəllidir. Burada Hallasan vulkanı yerləşir. Vulkan Cənubi Koreyanın cənub hissəsinin ən hündür nöqtəsidir (1 950 m).

Ada bir neçə milyon il öncə vulkan püskürməsi zamanı meydana gəlmişdir. İqlimi subtropikdir. Koreyanın digər hissələrinə nisbətdə iqlimi istidir. Yayı rütubətli, qışı isə quraq keçir.

2007-ci ildə adanın unikal təbiətindən dolayı YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

İqtisadiyyat

Cecudo

2006-cı il məlumatına görə adanın büdcəsi $1,11 milyard dollar olmuşdur. Bu isə 2005-ci ilin analoji dövrü ilə müqayuisədə 10 % çoxdur. 2006-cı ilə görə ümumdaxili məhsul $8,48 milyard dollar olmuşdur. Bu minvalla isə adam başına il ərzində $15 000 pul düşür.

Elektrik təminatı

Adanın elekrik enerjisinə olan ehtiyacı materikdən gələn yüksək gərginlikli xətlə təmin edilir. Ehtiyacın bir qismi isə yerli elektrik stansiyalarının köməyi ilə təmin olunur. 2001-ci ilə adada 4 elektik stansiyası olmuşdur.

Turizm

Ada iqtisadiyyatında turizm böyük rol oynayır. Adanın iqlimi, lanşaftı, çimərlikləri bura çoxlu turist cəlb edir. Onlar əsasən Asiyanın digər ölkələrindən gələnlərdir: Yaponiya, Çin, və s. Koreyalıların böyük qismi bal ayını adada qeyd etməyi xoşlayırlar. Bu səbəbdən adada çoxlu sayda park və atraksionlar vardır.Buna misal kimi Love Landı göstərmək olar.

Cəmiyyət və mədəniyyət

Xarıban

Adanın mədəniyyəti Koreyanın digər hissələrindən müəyyən dərəcədə seçilir. Digər xüsusiyyət isə Cecudo adasında matriarxat qruluşun olmasıdır.

Vilayətin rəmzləri

  • Çiçək: Rododendron (Rhododendron weyrichiiÇxamkkot)
  • Ağac: Kafur ağacı (Cinnamomum camphoraNoknamu)
  • Quş: Ağbel ağacdələn (Dendrocopos leucotos quelpartensis)

Qeydlər

  1. Do (kor. ) sözü ada deməkdir.
Üst