Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tat xalqı və ya Zaqafqaziya farsları (həmçinin: Tat, Parsi, Dağlı, Lohijon) hazırda Azərbaycan və Rusiya (əsasən Cənubi Dağıstan) ərazisində yaşayan İran xalqıd

Azərbaycan tatları

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Tatlar
Qubanın Adur kəndindən olan bir qrup tat, 1880.
Ümumi sayı
30.000
Yaşadığı ərazilər
Azərbaycan Azərbaycan 25.218 (2009)
İran İran 9.000 (2016)
Rusiya Rusiya 1.585 (2010)
Ukrayna Ukrayna 64 (2001)
Dili

Tat dili

Dini

İslam

Qohum xalqlar

farslar, osetinlər, talışlar, kürdlər, taciklər və digər irandilli xalqlar

Tat xalqı və ya Zaqafqaziya farsları (həmçinin: Tat, Parsi, Dağlı, Lohijon) hazırda Azərbaycan və Rusiya (əsasən Cənubi Dağıstan) ərazisində yaşayan İran xalqıdır. Tatlar Qafqazdakı İran mənşəli yerli xalqların bir hissəsidir..

Tarixi

Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.

1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi.

Dil

İran dillərindən biri olan Tat dilində danışırlar.

Din

Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir.

Məskunlaşma

Tatlar əsasən Bakıda, Quba, Şabran, Siyəzən, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Şəmkir, Xızı, GədəbəyDərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar. Hal-hazırda, Azərbaycan Respublikasından kənarda — Rusiya Federasiyasında, Qazaxıstanda, Qırğızıstanda, Gürcüstanda da müsəlman tatlar yaşayır.

Lahıcda yaşayan yaşlı qadın

Statistika

1999-cu və 2009 il s.a. əsasən Tatlar
Yaşayış məntəqəsi 1999 sa. 2009 sa.
Bütün ölkə üzrə10 92225 218
Quba rayonu1 08813 880
Xaçmaz rayonu8 8539 108
Abşeron rayonu63007660
Şabran rayonu51 700
Sumqayıt670
Hacıqabul rayonu610
Şamaxı rayonu598
Xızı rayonu473
İsmayıllı rayonu
Siyəzən rayonu42
digər934317

Mədəniyyət

Qədim tarixə sahib tatlar Quba-Qafqaz xalçaçılığının inkişafında böyük rol oynamışlar.

Tanınmış şəxsiyyətlər

  • Bəybala Abbasov (1923–2012) — tibb sahəsində əməkdar elm xadimi.
  • Cahangir Cahangirov (1921–1992) — bəstəkar, Azərbaycan SSR xalq artisti.
  • Əkrəm Cəfər (1905–1991) — yazıçı.
  • Əli Bayramov (1889–1920) — inqilabçı.
  • İlhüseyn Hüseynov (1925–2006) — SSR Azərbaycan DTK-nın sədri.
  • Qiyasəddin Qeybullayev (1934–2002) — tarixçi etnoqraf, filologiya elmləri doktoru, Azərbaycan tarixi haqqında revizionist nəzəriyyələr müəllifi.
  • Manaf Süleymanov (1912–2001) — yazıçı.
  • Şövkət Səlimova (1920–1999) — gəmi kapitanı.
  • Vahid Əhmədov — ictimai-siyasi xadim.
  • Zərnigar Ağakişiyeva (1945–2018) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti.
  • Mikayıl Müşfiq (1908–1938) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, "Azərnəşr"in keçmiş redaktoru.
  • Cəfər Cabbarlı (1899–1934) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, "Azərnəşr"in keçmiş redaktoru.
  • Bəşir Səfəroğlu (1925–1969) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti.

Həmçinin bax

  • Xorasan tatları
  • Farslar
  • Tatabad məhəlləsi
  • Azərbaycan Respublikasının əhalisi
Üst